Yuri Tilemans mövsümün sonunda “Lester”i azad agent kimi tərk edəcək.
Belçikalı yarımmüdafiəçi rəhbərliyin yeni təklifini qəbul etməyib. Jurnalist Fabritsio Romano onun daim Çempionlar Liqasında oynayacaq komandaya can atdığını bildirib. Hazırda premyer-liqada 34 oyuna 42 xalla 14-cü yeri tutan “Lester”in isə bu turnirdə çıxış etmək şansı yoxdu.
25 yaşlı Tilemans “tülkülər”in formasında 2019-cu ildən çıxış edir. O, bu mövsüm İngiltərə çempionatında meydana çıxdığı 29 oyunda 6 qol vurub.