Filippe Koutinyo karyerasını hazırkı komandasında davam etdirməyə yaxındı.
Onun xidmətindən icarə qaydası ilə istifadə edən “Aston Villa” rəhbərliyi braziliyalı futbolçu ilə şəxsi müqaviləsi mövzusunda razılıq əldə edib. Məlumatı yayan jurnalist Fabritsio Romano Koutinyonun bu klubla hansı şərtlər əsasında anlaşdığına aydınlıq gətirməyib. O, birmingemlilərin mövsümün sonunda futbolçunun məxsus olduğu “Barselona” ilə danışıq aparacağını əlavə edib.
“Aston Villa”nın formasında premyer-liqanın 15 oyununda meydana çıxan Filippe komandaya 4 qol və 3 məhsuldar ötürmə ilə faydalı olub. Baş məşqçi Stiven Cerrard onun xidmətində maraqlı olduğunu bu cümlə ilə ifadə edib: