Divok Orici mövsümün sonunda “Liverpul”u tərk edəcək.
İngiltərə klubu yayda 26 yaşlı hücumçu ilə müddəti başa çatacaq müqaviləni yeniləməyəcək. Başqa sözlə, belçikalı oyunçu bir neçə aydan sonra azad agent statusu qazanacaq.
Son həftələr Divok ilə “Milan”ın yaxından maraqlandığı haqda xəbərlər dolaşırdı. İtaliya klubu onu yayda məhz azad agent kimi heyətinə qatmağı planlaşdırırdı. Son xəbərə görə, A seriyasının lideri artıq Orici ilə danışıq aparıb və onunla şifahi razılıq əldə edib. Belçikalının “Milan”la ilə 3,5 milyon avro maaşı nəzərdə tutan 4 illik müddətə anlaşdığı məlum olub.
Orici “Liverpul”da 2014-cü ildən çıxış edir. O, bu mövsüm premyer-liqada yalnız 5 oyunda meydana çıxmaq şansı qazanıb və 2 qol vurub.