• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Marko Hemiltonun nəticəsinə lağ etdi

İdman

29-04-2022, 19:0

“Ötən mövsümün sonunda əbəs yerə karyerasını bitirmədi”.

“Formula-1” üzrə dünya çempionatında hər mərhələdən sonra nəticələrin geniş müzakirə olunması təbiidi. Həftəsonu keçirilən Emiliya-Romanya mərhələsi də istisna olmadı. “Mersedes”in rəhbəri Toto Volf pilotlarının çıxışı haqda danışıb. Xatırladaq ki, Lüis Hemilton 14-cü yeri tutub, Corc Rassell finişə 4-cü çatıb: “Bilirsizmi, mən Hemiltonu müdafiə etməliyəm. Bu onun aşağı səviyyəsindən yox, maşının göstəricilərindən xəbər verir. Lüis dünyanın ən yaxşı pilotudu, sadəcə, yüksək yerlər uğrunda mübarizə aparmaq üçün maşını yoxdu. Gerçəkdən ağlıma gələn bütün dahi idmançılar arasında eləsi yoxdu ki, karyerasında hər şey istədiyi kimi getsin. Hemiltonla bağlı da belədi. Yaxşı və pis günlərdə bir yerdəyik”.

Britaniyalı pilot özü də İtaliya mərhələsi ilə bağlı açıqlama verib: “Bütün komanda ilə birgə eyni gəmidəyik. Bu gün ən azı Rassell komandaya bir neçə xal qazandırdı. Xal qazana bilmədiyimə görə hamıdan üzr istəyirəm. Dediyim kimi, komandada hər kəs başını qaldırmadam əlindən gələni edir. Heç kim təslim olmur və irəliləməyə çalışacağıq”.

“Red Bull”un idman məsləhətçisi Helmut Marko isə Hemiltonun nəticəsini lağa qoyub: “Qulaq asın, biz ki onu bir dövrə arxada qoymuşuq. Ötən mövsümün sonunda əbəs yerə karyerasını bitirmədi”.
Xatırladaq ki, İtaliya mərhələsinin qalibi “Red Bull”un pilotu Maks Ferstappen olub, onun komanda yoldaşı Serxio Peres finişə ikinci çatıb.
Bu arada “Alpin”in pilotu Fernando Alonso karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala cavab verib: “Hiss edirəm ki, başqalarından yaxşıyam. Başqalarının məni sırf ustalıq hesabına qabaqladığını görsəm, bunu etiraf edəcək, başqa nələrsə düşünəcəm. Hazırda tam fərqli düşünürəm, yarışmaq xoşuma gəlir”.

Yayda 41 yaşını tamamlayacaq ispanın “Alpin”lə müqavilə müddəti 2022 mövsümünün sonunda bitəcək.

Bildiyiniz kimi, bu il “Formula-1” komandalarının büdcəsinə tavan qoyulub, yəni onlar 21 mərhələ üçün maksimum 140 milyon xərcələyə bilər. Ancaq bəzi məhsullarının qiymətinin qalxması üzündən nəhəng komandalar xərcləri məhdudlaşdırmaqda çətinlik çəkir. Belələri tavanın bir qədər qaldırılması və başqa düzəlişlərin edilməsi yönündə fəal şəkildə mövqelərini çatdırırlar. “Formula-1”in icraçı direktoru Ross Braun qeyd edib ki, bu məsələni həll etmək lazım gələcək: “Düşünürəm ki, inflyasiyanın artım sürətini nəzərə alıb, vəziyyətə yenidən baxmaq lazımdı. Ona görə ki, bu qaydalar hazırlanarkən inflyasiya yetərincə aşağı və proqnozlaşdırılan həddə idi. İndi isə vəziyyət yenidən dəyişib. Bu üzdən komandaların narazılığını müəyyən mənada haqlı sayıram”.

"Formula 1" komissiyasının iclasından sonra Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il mövsümü üçün dünya çempionatının bolidlər baxımından texniki reqlamentinin yaradılacağı prinsipləri açıqlayıb. FIA avtomobillərin ölçülərinin kiçildiləcəyini və çəki artımının dayandırılacağını bildirib. Qərara əsasən, bolidlər ətraf mühitə uyğun və səmərəli olacaq. Avtomobillər arasında sıx rəqabət və onların daha da təkmilləşdirilməsi nəzərə alınacaq.
FIA xərcləri azaltmaq üçün strateji cəhətdən seçilmiş komponentlərin standartlaşdırılması və sadələşdirilməsi işini davam etdirəcək. Həmçinin ekoloji cəhətdən təmiz materialların və ya texnologiyaların istifadəsi genişləndiriləcək. Bundan əlavə, onların yenidən istifadəyə yararlığına diqqət yetiriləcək. Qurum bolidlərin təhlükəsizliyini yaxşılaşdırmağa yönəlmiş işləri də davam etdirəcək.

Paylaş:
Digər xəbərlər

İdman

30-04-2022, 21:0

Hemilton niyə liderlər sırasında deyil?

İdman

25-05-2022, 13:0

Corc Rassell: "Fəxri kürsüdə dayanmağımla qürur duyuram" - AÇIQLAMA

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə