• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hemilton niyə liderlər sırasında deyil?

İdman

30-04-2022, 21:0

“Formula-1” üzrə dünya çempionatının cari mövsümündə hələ yalnız 4 mərhələ arxada qalıb. Amma mövsümün favoritlərindən biri – britaniyalı Lüis Hemilton artıq “ağ bayraq qaldırmağa” hazırdı.

Yeddiqat dünya çempionu və “Mersedes” nəhəng texniki problemlərlə üzləşib, indi onların əvvəlki dominantlığını yada salan yoxdu. “Emiliya-Romanya” mərhələsində yalnız 13-cü yeri tutan Hemilton ötən mövsümdəki əsas rəqibi Maks Ferstappendən bir dövrə geri qaldı. Hazırda liderdən 58 geri qalan Lüis 7-ci pillədə qərarlaşıb. İrəlidə, demək olar ki, tam mövsümün qaldığını nəzərə alsaq, bu heç də öldürücü fərq deyil. Ancaq belə görünür ki, britaniyalı artıq ambisiyalarının üzərindən xətt çəkib. Mövsümdə ilk dəfə 1 xal da qazanmayan Hemiltonun açıqlamasına baxaq:

“İtaliyadakı həftəsonunu tezliklə unutmaq istərdim. İnadla işi davam etdirəcəm, komanda ilə birgə əvvəlki sürətimizi qaytarmağa çalışırıq. Ancaq cari mövsümdə çempion titulu uğrunda mübarizədən kənarda qaldığımız dəqiqdi. Bu yöndə artıq heç bir şübhə yoxdu”.

[/quote]
Hemilton bu gün dünyanın ən təcrübəli pilotlarından biridi – artıq 15 mövsümü arxada qoyub. Poul, “Qran-pri”də qələbə sayında və bir çox başqa göstəricilərdə çoxlu rekord qırıb. Təbii ki, Mihael Şumaherin əbədi rekordunu da yeniləmək istəyir – indi ikisinin də hesabında 7 çempionluq var. Lüis ötən mövsüm son mərhələdə çempionluğu Ferstappenə “təhvil verməklə” böyuk şansı qaçırdı. Düzdü, mübahisəli hakim qərarlarını da qeyd etməliyik. “Mersedes” və Hemilton Beynəlxalq Avtomobil Federasıyasının mükafatlandırma mərasimini boykot etdi və yürüş direktoru Maykl Masinin istefasına nail oldu. Ancaq britaniyalı onu rekordçu edəcək titulu qaytara bilmədi, indi isə bütün “Mersedes” komandası çətin vəziyyətdədi – texniki reqlament dəyişəndən sonra maşın başqalarından geri qalır. İndi bolidi Lüisə üstünlük qazandırmaq əvəzinə “ayağından dartır”. Ötən illərdə britaniyalının dəfələrlə ittiham edirdilər ki, onun rekordları ilk növbədə mühəndislərin uğurudu. Və indi Hemiltonun əlinə dahi pilot olduğunu sübut etmək imkanı düşüb.
İtaliyadakı mərhələdən sonra “Mersedes”in rəhbəri Tofo Volf rəqabətədavamlı maşınları olmadığına görə Hemiltondan üzr istədi:

“Lüis, bağışla ki, bu maşını sürməli oldun. Maşının idarəolunmazlığını bilirəm. Bu sənin haqq etdiyin maşın deyil. Lüis yox, maşın pis formadadı. Lüis dünyanın ən yaxşı pilotu olsa da, indi bunu sübut etmək üçün imkanı yoxdu. Tarixdə belə ağır dövrlərin öhdəsindən gələn çoxlu pilot olub. Lüis problemin həlli üçün komanda ilə birgə əlindən gələni edir”.

Düzdü, Volf tezliklə bu üzrxahlığa görə də izahat verməli oldu. Çünki “Mersedes”in sabiq pilotu Niko Rosberq komandanın rəhbərinin sözlərinin psixoloji oyundan başqa bir şey olmadığını dedi, axı Hemiltonun gənc tərəfdaşı Corc Rassell eyni maşında finişə 4-cü çatıb. Deməli, problem təkcə texnikada deyil, Lüis də “artırmalıdı”. Volfun Rosberqə cavabı:

“Lüis komandaya yardım etməyə, adamları qələbəyə kökləməyə çalışır. Birlikdə pis və yaxşı günlərdən keçmişik. İndi qara zolaqdayıq. Fundamental problem budu ki, maşınlarımız rəqiblərlə müqayisədə “delfinləşmədən” (bolidin düz yolda delfinlərin davranışına oxşar tərzdə arzuolunmaz silkələnməsi – red.) ciddi əziyyət çəkir. Bu üzdən optimal göstəricilərə çata bilmirik. “Delfinləşmənin” öhdəsindən gəlsək, xeyli “artırmağımız” mümkündü. Yox, bunun öhdəsindən gələ bilməsək, onda maşını yenidən yığmalıyıq. Hələ ki “az qan” ilə problemi həll etməyə çalışırıq”.

“Mersedes”in son uğursuzluqları fonunda artıq 37 yaşı olan Hemiltonun 8-ci dəfə çempion olmaq arzusunu başqa komandanın heyətində gerçəkləşdirə biləcəyi ilə bağlı şayiələr gəzir. Amma britaniyalı belə gümanlara çox sərt yanaşır:

“Axmaq şayiələrdi, boş söhbətdi. 13 yaşımdan “Mersedes”dəyəm, birlikdə gözəl anlar – eniş-yoxuşlar yaşamışıq. Komandaya 100 faiz sadiqəm, getmək istədiyim elə bir yer yoxdu”.
[quote]

Paylaş:
Digər xəbərlər

İdman

17-04-2022, 09:0

Hemilton hələ də çempionluğa ümidini itirməyib

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 696
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə