Corc Rassell: "Fəxri kürsüdə dayanmağımla qürur duyuram" - AÇIQLAMA

25.05.2022 13:35 403
İdman
İtaliya və ABŞ mərhələlərində olduğu kimi, İspaniyada da “Red Bull”un pilotu Maks Ferstappen finişə 1-ci çatdı.

"Football-plus.az" xəbər verir ki, onun komanda yoldaşı Serxio Peres 2-ci oldu. İlk “3-lüy”ü “Ferrari”dən Corc Rassell qapadı.

Britaniyalı pilot mükafatçıları siyahısına düşməsi ilə bağlı fikirlərini media ilə bölüşüb:

“Maksı saxlamaq üçün bacardığım hər şeyi etdim, ancaq o qeyri-adi dərəcədə yaxşı idi. Fəxri kürsüdə dayanmağımla qürur duyuram. Komanda, sadəcə, möhtəşəm çalışdı, hər kəs sağ olsun. 3-cü yeri tutduğuma və komandaya xal qazandırdığıma görə sevinirəm”.