“Qarabağ” ÇL-nin 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Ludoqorets”ə qalib gələrək mərhələ adladı.
“Football-plus.az”ın məlumatına görə, Razqrad klubu 2:7 uduzmaqla həm öz, həm də ölkəsinin dosyesinə ləkə salıb.
Belə ki, “qartallar” bolqarların avrokuboklar tarixində evdə ilk dəfə 7 top buraxmasına səbəbkar olub. Buna qədər ən qorxunc məğlubiyyət Sofiya “Lokomotiv”inin evdə “Anderlext”ə 1:6 uduzması idi. Yəni “Ludoqorets”in 2:7-si ölkə antirekordudu.
KƏNAN BAHADIR