"Ludoqorets" "Qarabağ"a görə çempionat matçını təxirə saldı

12.08.2024 10:52 345
Aktual / Çempionlar Liqası
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Ludoqorets"in qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, bu üzdən Razqrad təmsilçisinin Bolqarıstan çempionatındakı matçı təxirə salınıb. Komanda 4-cü turun oyununda meydana çıxmayacaq. Əslində "qartallar" bu gün səfərdə Botev “Plovdiv"i ilə qarşılaşmalıydı.

Xatırladaq ki, "Ludoqorets" ilk qarşılaşmada "Qarabağ"ı məğlub edib - 2:1.

KƏNAN BAHADIR