“Ludoqorets” onu “Qarabağ”la oyuna qədər satacaq

9.08.2024 19:34 1 108
Dünya futbolu / Manşet
“Qarabağ”ın ÇL-nin 3-cü təsnifat mərhələsindəki rəqibi “Ludoqorets” futbolçusu Noa Sonkoyla yolları ayırmaq niyyətindədi.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Gazzetta” məlumat yayıb. Bolqarıstan nəşri oyunçunun avrokuboklarda komandaya kömək etməyəcəyini yazıb. Mənbənin iddiasına görə, “qartallar” Sonkonun əvəzinə israilli sağ cinah müdafiəçisi Denni Qruperin xidmətindən yararlanacaq.

“Ludoqorets”dən ayrılan futbolçunun yeni “dayanacağı” isə Yunanıstan “Aris”idi. Razqrad təmsilçisinin bu transfer sayəsində 1,5 milyon avro qazanmaq istədiyi bildirilir.

KƏNAN BAHADIR