"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı

1.08.2024 10:17 407
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20.00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.