“Ludoqorets” və “Qarabağ” arasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçının biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 12, 15 və 25 bolqar levası (təxminən 11, 14, 24 manat) təşkil edir.
“Ludoqorets” – “Qarabağ” matçı avqustun 13-də 12500 tamaşaçı tutumuna malik “Huverfarma Arena” stadionunda keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.