• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mükəmməlliyə can atan dahi - Qvardiola sonuna çata bilməyəcəyi yol ilə gedir

Dünya futbolu

24-05-2024, 23:0

Xosep Qvardiola “Mançester Siti” ilə ardıcıl 4-cü çempionluğu qazanmaqla İngiltərə futbolunda yeni tarix yazdı.

“Football-plus.az” xəbər verir ki, bu ölkənin çempionatının mövcud olduğu 135 ildə heç bir komanda belə uğura nail ola bilməmişdi.

Qvardiolanın həyat fəlsəfəsi həm sadədi, həm də mürəkkəb. Belə bir təzad təsəvvür edin: demək olar ki, ideal nəticəyə nail olandan sonra darıxmağa başlayırsız. Axı dominantlığı davam etdirmək üçün sadəcə, növbəti gedişlər edirsiz, vəssalam. Belə vəziyyətdə siz darıxmaqdan iki yolla qurtara bilərsiz – ya oyunu bitirməklə, ya da tam mükəmməlliyə can atmaqla.
Qvardiola indi məhz bu vəziyyətdədi. Onun sərəncamında möhtəşəm heyət var – hər futbolçu konkret model üçün seçilib, ondan nə tələb olunduğunu dəqiq bilir. Baş məşqçinin arxasında Çiki Beqiristayn – dostu və transfer bazarına çıxmaq lazım gələndə istənilən arzunu yerinə yetirən idman direktoru dayanır. Üstəlik MS hər il Foden, Sanço, Palmer və Lüis səviyyəsində istedadlar yetişdirən, dünyada ən yaxşılardan sayılan klub akademiyasına malikdi. Belə təəssürat yaranır ki, dünyada bundan daha ideal və sabit klub yoxdu.

Dəqiq hakimiyyət strukturu və nümunəvi çalışan mexanizm MS-nin daxili arenadakı uğurlarının təminatıdı. Çempionlar Liqasını xaosu və sensasiyalar kultu ilə birgə bir kənara qoyaq. Məhz uzunmüddətli turnir məsafəsində, yəni ölkə çempionatında uğur komandanın oyun keyfiyyətinin əsas göstəricisidi. Bu məqamda Qvardiolanın işinə yarayan dəlillər çoxdu: 8 ildə 6 çempionluq, 4-ü ardıcıl olmaqla. Və PSJ ilə “Bavariya” öz liqasında rəqibsizlikdən əziyyət çəkirsə, “Siti” hər il ciddi müqavimətlə üzləşməli olur. Kontenin “Çelsi”si, Kloppun “Liverpul”u, Artetanın “Arsenal”ı – bütün bu komandalar premyer-liqadan başqa dünyanın istənilən yerində favorit olardı. Qvardiola hər birini “döyüb”.

Çoxları deyir ki, heç vaxt – hətta Vengerlə Ferqyuson çalışanda da – İngiltərədə dominantlığın belə səviyyəsini görməyib. Yaxşı, necə olsun, Pep mükəmməlliyə nail olub deyə, darıxdığından işi atsın?

Əslində belə olsaydı, Qvardiola mümkün bütün titulları qazandığı ötən mövsümün sonunda “Mançester Siti”dən gedə bilərdi. Ancaq Pep belə etmədi. Üstəlik yaxınlarda dedi ki, növbəti mövsüm də klubda qalacaq. Onun motviasiyası prosesin özünə sevgidə gizlənir. “Mən bu işi sevirəm. Yaxşı pul verirlər, üstəlik həm Madriddə, həm də Lutonda oynamaq xoşuma gəlir. Nə vaxt ki bunu hiss etmədim, onda dayanacam” – Pep bu sözləri yzada deyirdi. Ancaq hər şeyin ideal olduğu klubda çalışmaq onun üçün darıxdırıcı deyilmi?

Belə görünür ki, hər şey sona qədər ideal deyil. Aşağıdakı siyahıya baxın:
Liverpul 654
Mançester Siti 638
Arsenal 554
Çelsi 546
MY 542
Nə qədər təəccüblü olsa da, “Siti” Qvardiolanın “sükan arxasına” keçdiyi 2016/17 mövsümündən bəri premyer-liqada toplanan xal sayına görə 2-ci pillədə qərarlaşıb. Bu müddətdə yalnız bir dəfə çempion olan “Liverpul”dan geri qalır. Belə çıxır ki, MS heç də vahid hegemon deyil. Deməli, sübut etməli nəsə var. Hə, Çempionlar Liqasını da unutmayaq.

“Siti”nin gücü məhz belə daimi mübarizədədi. Anton Çexov yazırdı ki, məhz əzab-əziyyət adamı mükəmməlləşməyə aparır. Sanki bu sözləri Pep və onun komandası haqda yazıb. Onlar sərt mübarizə şəraitində daim üstünlüyünü sübut etməli olurlar – bu məqam Qvardiolanın “Siti”sini elə həmin “Bavariya” ilə PSJ-dən fərqləndirir.

Ancaq bu mükəmməlliyə nail olmaq mümkündümü? Salvador Dali bir dəfə bu mövzuda maksimal dərəcədə dişli ifadə işlədib:

“Mükəmməlliyi unudun, onsuz da heç vaxt ona çata bilməyəcəksiz”.


Və bu məqamda iki ispaniyalı dahinin baxışları üst-üstə düşür. Qvardiola dahi həmvətəninin sitatını sözbəsöz təkrarlamaqla yanaşı, özündən də nəsə əlavə edir: “Mükəmməlliyə nail olmaq mümkünsüzdü. Heç vaxt. Nəyin bahasına olur-olsun. Ancaq buna çalışmaq lazımdı. Səhvləri düzəltməsən, onları yenidən yaşayacaqsan”.
Əlbəttə, Pepin “Siti”si mükəmməlliyin zirvəsi deyil. Heç də ona görə yox ki, bu komandanın zəif yerləri var. Sadə bir məntiqə görə: bu dünyada ideal komandalar və şeylər mövcud deyil.

Premyer-liqada ardıcıl 4-cü “qızıl” böyük uğurdu. Bu ardıcıl titullar da Qvardiolanın səhvlər üzərində işi düzgün istiqamətdə aparmasının göstəricidi. Keçəl samurayın gerçək hədəfi də dünyadakı bütün titulları toplamaq deyil. Belə olsaydı, elə bir il çalışandan sonra karyerasını bitirərdi. Qvardiola mükəmməlliyə can atır, bunun mümkün olmadığını bilə-bilə!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-01-2023, 15:0

Qvardiola MS-dən nə vaxt ayrılacaq?

Dünya futbolu

3-10-2022, 14:0

"Mançester Siti"nin futbolçusu Messini geridə qoydu

Aktual

12-05-2024, 23:0

lin ən yaxşı futbolçusu adına 20 namizəd - “Globe Soccer Awards” siyahı açıqladı

Dünya futbolu

13-02-2023, 11:0

Qvardiola qayıdacaq?

Dünya futbolu

23-05-2024, 20:0

Qvardiolanın 5-ci uğuru

Aktual
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Son xəbərlər
  • Bu gün, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Bu gün, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Bu gün, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Bu gün, 18:00
    Şimali Amerikaya yollandı
  • Bu gün, 17:32
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 269
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə