• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” Poçettino ilə vidalaşdı - Halbuki argentinalı son mövsüm üçün vəzifənin öhdəsindən gəlmişdi

Dünya futbolu

24-05-2024, 22:0

Çərşənbə axşamı, günün ikinci yarısında yayılan xəbər az qala bomba effekti verdi.

“Football-plus.az” xəbər verir ki, belə ki, “Çelsi” qarşılıqlı razılıq əsasında Maurisio Poçettino ilə əməkdaşlığı dayandırdı. Təbii ki, bu qərarla bağlı çox fərqli mülahizələr var. Aşağıdakı yazıda bütün məqamlara toxunmağa çalışacağıq.

Ancaq bu məqamda sırf texniki-statistik xarakterli bilgiyə ehtiyac var. London klubu 2023-cü ilin iyulunda “sükan arxasına” keçən Poçettinonun rəhbərliyi altında keçirdiyi oyunların 27-də qələbə qazanıb, 10-da heç-heçə edib, 14-də uduzub. 52 yaşlı mütəxəssisin “Çelsi”yə qədər PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırdığını da xatırladaq. Onun “zadəganlar”la müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunda bitəcəkdi. 2023/24 mövsümünü 6-cı yerdə bitirən komanda Konfrans Liqasına vəsiqəni təmin edib. Amma “Mançester Siti” ölkə kubokunun finalında “Mançester Yunayted”i məğlub edəcəyi təqdirdə “Çelsi” Avropa Liqasında oynayacaq.

Sırf bu qərara gəlincə, argentinalı bazar ertəsi mövsümə yekun vurmaq üçün klub rəhbərliyi və həmsahib Behdad Eqbali ilə görüşüb. Tərəflərin ortaq mövqeyi belə olub ki, tələsik qərar verməmək üçün ertəsi yenidən görüşsünlər. Ancaq çərşənbə axşamı heç nə dəyişməyib, Bakı vaxtı ilə 16.30-da Poçettinonun istefası şifahi şəkildə razılaşdırılıb. Yazının girişində vurğuladığımız kimi, axşam saatlarında da qərar ictimaiyyətə açıqlanıb.

İstefa qərarını şərtləndirən səbəblər
“Çelsi” argentinalının dönəmində, hər halda, avrokuboklara vəsiqə qazana bildi. Hərçənd iki ay əvvəl bu, mümkünsüz görünürdü. Kubokun finalından sonra londonluların Avropa, yoxsa Konfrans Liqasında mübarizə aparacağı bilinəcək. Ancaq bu faktla bağlı mübahisə etməyə dəyməz – Poçettino bu mövsüm üçün qarşısına qoyulan vəzifənin öhdəsindən gəlib. Belə düşünmək olardı ki, o artıq təhlükəsiz şəraitdədi. Amma yox!
Mövsümün gedişində düzəlişə məruz qalan vəzifənin (bu haqda aşağıda oxuyacaqsız) öhdəsindən gəlməsinə baxmayaraq, “Çelsi”nin sahibləri belə düşünür ki, Maurisio 2-ci mövsümü haqq etmir. Bunun üçün bir neçə səbəb göstərilir. Son həftədə yayılan xəbərlər əsasında söhbətin nədən getdiyini anlamaq olar.

1. Bəlkə də Poçettino özü zədəlilərin çoxluğunda günahkardı. Bu amil ona bəraət qazandırmaq əvəzinə əleyhinə işlədi.

Əlbəttə, “Çelsi”nin bu qədər zədəli oyunçu fonunda 11-ci pillədən 6-cı pilləyə qədər irəliləməsi hörmətə layiqdi. Zədələr Poçettino üçün yüngülləşdirici amil ola bilərdi. Bununla yanaşı, insayder Mett Lou bildirir ki, rəhbərlik, sadəcə, anlamağa çalışır: zədə epidemiyasında argentinalının günahı yoxdumu? Belə düşüncələr var ki, Poçettinonun hədsiz intensiv məşqləri zədə riskini artırıb. Bu başqa məsələ ki, rəhbərlik məşqlərin intensivliyini, bunun futbolçuların zədə almasına təsirini necə qiymətləndirib.

2. Oyunçuların tərəqqisi də Poçettonun xidməti deyil? Rəhbərlik belə nəticəyə də gələ bilər, axı baş məşqçinin liderlərin artımında rol oynamamasıyla bağlı düşüncələr var.

Bu daha müəmmalı bənddi. “The Athletic”in informasiyasına görə, idman direktorları oyunçuların uğurunun nə ilə bağlı olduğunu aydınlaşdırmağa çalışır: yəni futbolçuların potensialı məşqçinin iştirakı olmadan da “artıma” imkan verib, yoxsa bu, Maurisionun və məşqçi korpusunun işi ilə bağlıdı?

Bu məqamda statistikaya baxaq. “Çelsi” premyer-liqanın cari mövsümündə 77, bütün turnirlərdə isə 102 qol vurub. Premyer-liqada bundan daha çox qola çempion olduqları mövsümlərdə (2009/10 – 103, 2016/17 - 85) təsadüf olunub. Londonluların Poçettino dönəmində parlaq oyun göstərməsi də şübhə doğurmur.

3. Buraxılan qol sayında və sarı vərəqələrdə antirekord. Bu məqamlar açıq-aşkar baş məşqçinin əleyhinə işləyir.
Parlaq oyunla bağlı dəlilin əksi də var. 63 buraxılan top klubun müasir premyer-liqadakı antirekordudu və istər-istəməz argentinalının taktikasının etibarlılığı və effektliyi ilə bağlı suallar doğurur.

İntizamla bağlı da problemlər var. Mövsüm ərzində 105 sarı vərəqə premyer-liqa tarixinin yeni rekordudu. Bundan başqa, rəhbərlik Poçettinonun start heyətini nə dərəcə uğurlu seçdiyini, dəyişikliklərinin nə dərəcədə işə yaradığını da təftiş edir.

Poçettinonu qovmaq qərarını kim verib?
Poçettinonun taleyi ilə bağlı qərarı klubun sahibləri və idman direktorları verməliydi. Stüart və Uinstenli ümumi hesabat hazırlamaqla yanaşı, rəhbərliyiə tövsiyələrini də göndərməliydi. Əslində argentinalı mütəxəssisin də deməyə sözü var idi. Məsələn, o, transfer məsələlərində daha böyük söz sahibi olmaq istəyirdi. Söhbət həm potensial yenilərdən, həm də satış əməliyyatlarından gedir. Bəlkə də baxışları üst-üstə düşməyib. Deyilənə görə, Maurisio Trevo Çaloba ilə Konor Qallaheri yüksək qiymətləndirir, hər birinin “Çelsi”də qalmasını istəyir. Rəhbərlik isə bu futbolçulardan qurtulmaq fikrindədi: adı çəkilənlər akademiyanın yetirməsidi, onların satışından əldə olunacaq vəsait maliyyə hesabatına təmiz gəlir kimi düşəcək. Bu isə “maliyyə feyr-pleyi” prinsipinin şərtlərinə uyğunlaşmaqda işə yarayacaq.

Poçettino apreldə keçirdiyi mətbuat konfransında qəzəbini gizlətməmişdi:

“Yalnız klubun sahibləri və ya idman direktorları razı qalmamalıdı. Bu haqda bizim fikrimizi də soruşmalısız. Bəlkə biz narazıyıq? Bəlkə biz hadisələrin indiki axarından məmnun deyilik və gedəcəyik? Mən xoşbəxt olmadığımı demirəm. Ancaq klubla yollarımızı ayırsaq, bu, mənim üçün dünyanın sonu olmayacaq”.


Düzdü, sonradan Maurisio fikirlərini heç də yaxşı ifadə etmədiyini, sərt üslub seçdiyini etiraf etdi. Hətta o dərəcədə sərt ki, xanımı belə onu anlamayıb.
Mayın 19-da keçirilən “Bornmut”la oyundakı qələbədən sonra Poçettino klubun həmsahibi Tedd Bouli ilə görüşdüyünü demişdi:
“Bu, birgə nahar idi. Qulas asın, məşqçi korpusum sabah evə uçur, yalnız rəhbərlik qəfil onlardan yubanmağı xahiş etməsə. Mənim isə daha bir neçə gün Londonda qalacağım dəqiqdi. Qapım həmişə açıqdı, telefonum da. Ancaq mən sizə şam yeməyinə çağırsam, çətin ki, bu pis nəyəsə işarə olardı, eləmi? Hansısa pis xəbərləri bölüşmək istəyirəmsə, adamlara zəng edirəm. Və ya kafeyə çağırıram, ancaq şam yeməyinə yox”.


Futbolçular da baş məşqçini dəstəkləyirdi. Əksər futbolçular – Koul Palmer, Çaloba və Qallaher qarışıq – son bir neçə ayda Poçettononun işini yüksək dəyərləndirib. Xüsusən də Entso Fernandes həmvətənini tərifləyib: “Mən “Çelsi”yə gələndə klubda başıpozuqluq hökm sürürdü. Hədsiz çox oyunçu var idi. Maurisio vəziyyəti dəyişdi: işləri qaydaya saldı, iş etikasını düzəltdi. Bu da hər şeyi yaxşı tərəfə dəyişdi”.

“Çelsi” ÇL-i istəyirdi, mövsümün gedişində hədəfi dəyişdi
2023-cü ilin yayında insayder Mett Lou yazırdı ki, klub rəhbərliyi Poçettinonun qarşısına Çempionlar Liqasına qayıtmaq vəzifəsini qoyub. Ambisiyalı hədəfə çatmaq üçün “Stemford Bric”ə Moyses Kaysedo, Kristofer Nkunku, Romeo Laviya, Aksel Disasi, Malo Hüsto, Nikolas Cekson, Robert Sançes və Koul Palmer köçdü. “Transfemarkt” inansaq, “Çelsi” yenilər üçün 395 milyon avro ödədi.

Yetişdirmək üçün götürülən Deyvid Vaşinqton, Anjelo Qabriel, Lesli Uqoçukvu və Corc Petroviçin transfer də var idi: onlara görə 72 milyon ödənildi. Siyahı nə qədər geniş olsa da, hazır, top səviyyədə olan oyunçular yalnız Nkunku ilə Kaysedo idi. Elə həmin Lou apreldə yazdı ki, yenilərdən heç biri Poçettinonun tələbi olmayıb. “Çelsi”nin sahibləri Todd Bouli ilə Behdad Eqbali həmin futbolçuları məşqçinin istəyi ilə yox, layihə üçün seçiblər. Tomas Tuxel və Qrehem Potterin dönəmində olduğu kimi.
Zədələr də mane olurdu. Mövsümöncəsi toplanışa qədər xaçvari bağların qırılmasına görə Uesli Fofana sıradan çıxdı, Amerika turnesi zamanı Nkunku dizini zədələdi, premyer-liqanın ilk turunda kapitan Ris Ceyms “sındı”. Bu üç futbolçunun hər biri start heyətində yer alacaqdı. Ümumiyyətlə, “Çelsi”nin futbolçuları 2023/24 mövsümünün gedişində 54 dəfə zədələnib. 2-ci yerdə 38 zədə ilə “Nyukasl” qərarlaşıb.

“Çelsi” mövsümə çox ağır “daxil oldu”: ilk 10 turda cəmi 12 xal qazanıldı. “Luton”, “Fulhem” və “Bernli” ilə oyunlarda qazanılan qələbələr və qol vəziyyətlərinin reallaşdırılması baxımından fiasko. Sonradan “Arsenal”la “Mançester Siti”yə qarşı parlaq oyunlar azarkeşlərin qəlbində komandanın yüksəlişə keçəcəyi ilə bağlı ümid yaratdı. Ancaq zəruri olmayan xal itkiləri həmin ümidi öldürdü.

Qeyri-sabitlik ona işarə idi ki, Poçettino komandaya pis nəzarət edir. Fevralın əvvəli hər kəsi ümidsizliyə qərq etdi: “Çelsi” 5 gün ərzində “Liverpul”la “Vulverhempton”a ümumi 3:8 hesabıyla uduzdu. Fanatlar həmin vaxt “Pochettino out” qışqırsa da, insayderlər əmin edirdilər ki, argentinalı istənilən halda mövsümün sonuna qədər qalacaq.

Elə onda mövsüm üçün hədəf dəyişdi: rəhbərlik anladı ki, ÇL çox uzaqdadı, daha aşağı çəkili avrokuboklara boylanmaq lazımdı. Poçettino Liqa kubokunun finalında “Liverpul”a uduzmaqla yeni hədəfə uyğunlaşmaq şansını qaçırdı, ancaq ardından vəziyyəti düzəldə bildi.
“Çelsi” 2024-cü ildə “Stemford Bric”də yalnız bir dəfə uduzub – “Vulverhempton”a. Yanvarın 1-dən bəri premyer-liqada 18 oyun keçirən klub 35 xal toplayıb. Bu, liqada göstərilən zaman kəsiyi üçün 4-cü nəticədi. Yalnız “Liverpul” (40), “Arsenal” (49) və MS (51) bu müddətdə “Çelsi”dən çox xal toplayıb.

Möhtəşəm finiş sayəsində avrokuboklara vəsiqə də təmin olundu: ardıcıl 5 qələbə komandanı 6-cı yerə yüksəltdi. Londonlular mövsüm ərzində ilk dəfə top-6-ya 37-ci turda daxil oldu, mövsümün böyük hissəsini (38 turdan 14-nü) 10-cu yerdə keçirdi.

Poçettinonu kim əvəz edəcək?
Poçettinonun qalmaq şansını artıran amillərdən biri də yeni məşqçi axtarışındakı çətinliklərdi. “Barselona”nın Xaviyə əvəzedici tapmaq üçün axtarışını, “Bavariya”nın indi necə əziyyət çəkdiyini xatırlamaq kifayətdi. Ancaq bu məqam “Çelsi”ni qorxutmadı. İndi “Vest Hem” ilə danışıqlarda uğursuzluğa düçar olan “Sportinq”in çalışdırıcısı Ruben Amorimin adı “Çelsi” ilə yanaşı hallanır.
Daha bir namizəd “İpsviç”i elitaya çıxaran Kiran Makkennadı. Onun xidmətində premyer-liqanın bir neçə klubu, o cümlədən Roberto De Zerbi ilə vidalaşan “Brayton” da maraqlıdı. Əvvəllər De Zerbini də “Çelsi”yə “göndərənlər” çox idi, ancaq Mett Lou iddia edir ki, o indi həmsahiblər üçün maraqlı deyil. “Çelsi” gənc çalışdırıcısı axtarır.

“Bornmut”la oyundan sonra Poçettino oyunçularla qucaqlaşdı, müsahibələr verdi və rəhbərlik mövsümə görə komandaya təşəkkür etmək üçün aşağı düşüncə meydanı tərk etdi. Bu məqam hər kəsə yetərincə şübhəli gəldi: adətən, belə vəziyyətlərdə baş məşqçi də klubun sahibləriylə ünsiyyətdə olmaq üçün qalır, ancaq Maurisio Eqbali və idman direktorları ilə söhbətdən qaçdı.
“Bornmut”la oyunda stadionda olmayan Bouli bu oyun üçün hazırlanan proqramda azarkeşlərə və oyunçulara ruhlandırıcı mövsümə görə təşəkkür etmişdi. Todd ardıcıl 5-ci dəfə qadınlar arasında ölkə çempionatının qalibi olan komandanın uğurunu qeyd etmiş, ayrıca yayda komandadan ayrılacaq qadınların çalışdırıcısı Emma Heyzin vacibliyini və dahiliyini vurğulamışdı. Boulinin mətnində Poçettino ilə bağlı bircə kəlmə də yox idi.
Beləliklə, “Çelsi” yaxın günlərdə yeni baş məşqçisini müəyyənləşdirəcək. Poçettinonun namizədliyini isə artıq “Bavariya” fəal şəkildə gözdən keçirir.
***
Səbəbkardan sitat
Maurisio Poçettino:
“Çelsi”nin sahiblərinə və idman direktorlarına bu futbol klubunun bir hissəsi olmaq imkanına görə təşəkkür edirəm. İndi klubun qarşıdakı illərdə premyer-liqada və avrokuboklarda irəliləmək üçün yaxşı imkanı var”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-10-2023, 23:0

Poçettino istefaya göndəriləcək?

Dünya futbolu

11-05-2023, 20:0

“Çelsi”ni tezliklə tərk edəcək

Dünya futbolu

3-04-2023, 23:0

Poçettino "Çelsi"nin hədəfində

Dünya futbolu

14-05-2023, 15:0

Onun “Çelsi”yə təyinatı zaman məsələsidi

Dünya futbolu

30-06-2023, 20:0

“Çelsi”dən “Mançester Yunayted”ə keçdi

Dünya futbolu

28-04-2023, 21:0

Lemparda kim xələf olacaq?

Aktual
Erkin İbrahimov gətirdi, Azər Bağırov göndərdi - növbə kimindi?
“Qarabağ” üçün həyəcan siqnalı - bu mövqedə boşluq var!
Mahirin Almaniyada yaşıl meydan həsrəti bu gün başa çatacaq? - rəsmi açıqlama gəldi!
"İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq" - "Araz-Naxçıvan" 1/16 finalın biraddımlığında
“...2-ci hissədə Nərimanın yerinə girib oynayırsan” - “Qarabağ” azarkeşlərindən kluba etiraz
“Əsas heyətlə çıxsaydılar, nə olacaqdı?” - Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 11:41
    Erkin İbrahimov gətirdi, Azər Bağırov göndərdi - növbə kimindi?
  • Bu gün, 11:17
    “Qarabağ” üçün həyəcan siqnalı - bu mövqedə boşluq var!
  • Bu gün, 10:15
    Mahirin Almaniyada yaşıl meydan həsrəti bu gün başa çatacaq? - rəsmi açıqlama gəldi!
  • Bu gün, 09:54
    "Turan Tovuz" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
  • Bu gün, 09:51
    "Çelsi" Bakıya qələbə ilə gəlir
  • Bu gün, 09:38
    Bircə sən çatmırdın, Juninyo! - Qurban Qurbanov “pas atmış dəmiri” cilalayacaq?
  • Dünən, 23:56
    "Qarabağ”da heç bir boşluq yoxdu” - Samir Abasov
  • Dünən, 23:35
    Mahir Emrelidən ölən dayısı oğlu ilə bağlı paylaşım
  • Dünən, 22:56
    "Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi" - Rəşad Sadıqov
  • Dünən, 22:53
    Konqo millisinin üzvü "Sumqayıt"da - RƏSMİ
  • Dünən, 22:19
    “Dinimizdə üç hakimdən ikisi cəhənnəmlikdi” - Azər Bağırov
  • Dünən, 22:08
    Cüdoçumuzdan növbəti qızıl medal
  • Dünən, 20:44
    "Araz-Naxçıvan" 1/16 final mərhələsində! - ÇL
  • Dünən, 20:39
    Rafa Silva ilə Sərgən Yalçın arasındakı gərginliyin əsil səbəbi bəlli oldu
  • Dünən, 18:32
    “Şaxtyor”la “Dinamo” yenə turnir cədvəlinin önündə - İCMAL
  • Dünən, 18:29
    “Real” “Barselona”dan bir qədər də uzaqlaşdı - İCMAL
  • Dünən, 17:15
    "İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq" - "Araz-Naxçıvan" 1/16 finalın biraddımlığında
  • Dünən, 16:37
    "Neftçi" - "Kəpəz": Abubakar start heyətində!
  • Dünən, 15:50
    Spalletti debüt oyununda Kənan Yıldızdan faydalana bilməyəcək
  • Dünən, 15:20
    İkardinin meneceri ''Qalatasaray'' rəhbərliyinə şərt qoydu! - ''Dekabra qədər gözləyəcəyik''
  • Dünən, 14:56
    PSJ-ni tərk etmək istəyir
  • Dünən, 14:27
    Millimizin oyunlarının təqvimi
  • Dünən, 13:45
    Azərbaycan idmançılarının yeni reytinq sıralaması
  • Dünən, 13:42
    Azarkeş oyundan əvvəl öldü
  • Dünən, 13:20
    Futzal hakimləri və inspektorlar üçün seminar
  • Dünən, 13:10
    "Karvan-Yevlax" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 11:55
    Qurban Qurbanovun “ürəyini partladan” nədi? - "Qarabağ" virusa yoluxub!
  • Dünən, 11:34
    Nəhəng stadion satılacaq
  • Dünən, 11:13
    Şöhrət Zalına layiq bilindi
  • Dünən, 10:52
    “Araz Naxçıvan” 1/8 finala vəsiqə qazana biləcəkmi? - ÇL
  • Dünən, 10:31
    “Liverpul”dan daha bir antirekord
  • Dünən, 10:00
    “Arsenal” yeni rekord müəyyənləşdirdi
  • Dünən, 01:31
    Mahiri göydən yerə çırpan səbəb... – onun karyerasını uçuruma aparan şəxsi tanıyın!
  • Dünən, 00:27
    İrina ikinci pillədədi
  • Dünən, 00:25
    Həşimovun adını daşıyan komanda 10-cu yeri tutdu
Daha çox
Oxunub: 308
Mahir Emreli 1-ci bundesliqa klubu ilə anlaşıb! – axı niyə...
Oxunub: 188
Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
Oxunub: 149
Oşa yollanacaq Ülvidən Bakıya mesaj: “Əlvida, Azərbaycan yığması!”
Oxunub: 137
Qurban Qurbanov 365 gündə nəyi dəyişib?
Oxunub: 134
Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...
Oxunub: 132
“Bilmirəm sabah yaşayacam, yaşamayacam” – Əfran İsmayılova nə olub?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə