İngiltərə premyer-liqasının yenicə sona çatan 2023/24 mövsümünün daha bir laureatı müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, ən yaxşı məşqçi üçün nəzərdə tutulan mükafatın sahibinin kimliyi açıqlanıb.
Liqanın rəsmi saytının yaydığı məlumata görə, bu nominasiyanın qalibi Xosep Qvardiola olub. “Mançester Siti”ni ardıcıl 4-cü dəfə çempionluğa daşıyan ispaniyalı İngiltərə karyerasında 5-ci dəfə mövsümün ən yaxşı məşqçisi seçilib. Halbuki o, komanda ilə 6 çempionluq qazanıb. Son mövsümdə məlum nominasiya üzrə digər namizədlər Mikel Arteta (Arsenal), Unay Emeri (Aston Villa), Andoni İraola (Bornmut) və Yürgen Klopp (Liverpul) idi.
Xatırladaq ki, Qvardiola MS-ni 2016-cı ildən çalışdırır. 53 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.