Qvardiola MS-dən nə vaxt ayrılacaq?

31.01.2023 15:42 246
Dünya futbolu
Xosep Qvardiolanın “Mançester Siti”ni tərk etmək ehtimalı ilə bağlı fikri rəhbərliyi narahat edir.

Football-plus.az xəbər verir ki, İngiltərə klubunun baş direktoru Ferran Soriano baş məşqçinin təklif alacağı halda istənilən vaxt “Barselona”ya qayıtmağa hazır olması ilə bağlı fikrini şərh edib. O, kataloniyalıları 2008-12-ci illərdə çalışdıran mütəxəssis haqda belə deyib:

“Qvardiola “Mançester Siti”də baş məşqçinin köməkçisi olsaydı və “Barselona”ya yalnız bu halda təklif alsaydı gedəcəyini söyləyib. Amma o, bizim baş məşqçimizdi, yaxın iki il yarım ərzində “Barselona”ya və ya başqa kluba getməyəcək”.