Qvardiola qayıdacaq?

13.02.2023 11:04 256
Dünya futbolu
“Barselona” rəhbərliyi bu komandanın sabiq çalışdırıcısı Xosep Qvardiolanı postuna qaytarmaq variantını nəzərdən keçirir.

Football-plus.az-ın məlumatına görə, xəbəri yayan “Goal” nəşri bildirir ki, Kataloniyada “Mançester Siti” ətrafında yaşananları diqqətlə izləyirlər və “şəhərlilər” “maliyyə feyr-pleyi” üzündən cəzalanarsa, planı reallaşdırmağa başlayacaqlar.

“Barsa” həmçinin “Siti”nin hücumçusu Xulian Alvareslə yarımmüdafiəçisi Rodrini almağı planlaşdırır.

Qvardiola 2008-12 aralığında “Barsa”ya rəhbərlik edib. Komanda onun “sükan arxasında” olduğu dövrdə iki dəfə ÇL-i qazanmaqla yanaşı, muzeyini başqa qənimətlərlə də zənginləşdirib.