"Sabah" - "Səbail" matçında “təcilli tibbi yardım” yalnız hakimin start fitinə 3 dəqiqə qalmış stadiondakı yerini aldı.
Bu gecikmənin səbəbi nə idi? Həmçinin "Bank Respublika Arena"da hesab tablosu da işləmirdi. "Bayquşlar"ın mətbuat katibi Elnur Həmidovun fikirləri:
"Təcili tibbi yardım” avtomobili ilə bağlı əməkdaşlıq etdiyimiz klinika hər oyundan öncə olduğu kimi, bu dəfə də məlumatlandırılmışdı. Bizdən qaynaqlanmayan səbəblərdən maşın stadiona nəzərdə tutulan vaxtdan bir qədər gec gəldi. Lakin matç başlamamış artıq stadionda idi. Tablonun çalışmaması texniki səbəblərdən qaynaqlanırdı. Nasazlıq oyundan az əvvəl yarandığına görə aradan qaldırmaq, təəssüf ki, mümkün olmadı".
ABDULLA İSMAYILOĞLU