“Sabah”da yeni əməkdaşlıq

26.05.2023 19:51 262
Premyer-liqa
“Sabah” ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb.

Əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə “Sabah”a icarəyə verilib. Bunun qarşılığında “Sabah” stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.

Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq, həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Qurtuluş 93 Residence” MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.