• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çox istəyərdik ki, 90 dəqiqədəki oyundan çıxmayaq"

Premyer-liqa / Manşet

8-12-2023, 23:0

Misli premyer-liqasında 16-cı tura start verilib.

"Football-plus.az" xəbər verir ki, "Sumqayıt" "Qarabağ"ı qəbul edib - 1:6. Matçdan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qələbə əldə edildi. Bizi məcbur edən "Sumqayıt" oldu. İlk dəqiqələrdən yaxşı pressinq etdilər. İstər-istəməz oyunun tempi daha yuxarı oldu. "Sumqayıt"a təşəkkür edirəm. Çox istəyərdik ki, 90 dəqiqədəki oyundan çıxmayaq. Amma məqamlar oldu ki, bəzən öz oyunumuzdan aralandıq. Tam qoruyub-saxlaya bilmədik. Əlbəttə ki, buna bəzən rəqib məcbur edir. Ancaq hər halda, oyun intizamını qoruyub-saxlamağa çalışmalıyıq. "Sumqayıt"ın son vaxtlar yaxşı oyunu və nəticələri var idi. Bu gün problemləri həddən artıq çox idi. Bir neçə zədəli futbolçusu var idi. Zədəlilər də meydana çıxmışdı. İstər-istəməz çətinlikləri var idi. Amma azarkeşlər üçün baxımlı oyun alındı. Həm "Sumqayıt", həm də öz azarkeşlərimizə təşəkkür edirəm. Rəqib komandaya uğurlar arzu edirəm".


- "Qarabağ" "Sumqayıt"la matça sanki xüsusi motivasiyada çıxır. İlk dövrədə 5:0, bu gün 6:1. Bunun xüsusi əhəmiyyəti var, yoxsa oyunun axarı sonda bu hesabı ortaya çıxarır?

- Biz hər oyuna belə motivasiya ilə çıxırıq. Sadəcə bəzən istədiyimiz kimi alınır, bəzən alınmır. Ancaq xüsusi nəsə fikir bildirə bilmərəm. "Sumqayıt"la oyuna bu cür motivasiya ilə çıxmağımızı onlar özü məcbur edir. Öz oyunu və yaxşı mənada davranışı ilə. Onlar dinamik futbol oynayır, bizdən də qarşılığını verməyə çalışırıq. Günahkar "Sumqayıt"ın özüdü (gülür). Amma bu, yaxşı haldı. Bu cür nəticə verən komandaya qarşı çox diqqətli olmalıyıq. İnanın ki, bütün komandalara qarşı bu cür ciddi hazırlaşırıq. Sadəcə, bəzi rəqiblər bu tempi saxlamağa şərait yaratmır. "Sumqayıt" bu il göstərdiyi futboldan əl çəkmədi. Hesab 3:0, 4:1 olanda da, "Sumqayıt" öz oyunundan əl çəkmədi. Bu ancaq sevindirici haldır.

- "Qarabağ" meydanda çox rahat görünürdü. Avropa Liqasının "Hekken"lə görüşöncəsi hansısa eksperiment aparmaq haqda düşündüz? Belə niyyət var idi?
- Çox rahat olduğunu deməzdim. Hesab 3:0 olanda belə, komandada gərginlik var idi. Səhvlər gərginlikdən irəli gəlir, rahatlıqdan yox. Futbolçular bəzi epizodlarda həyəcanlı olurdular. Bunu rəqib məcbur edirdi. Amma bu oyunla "Hekken"lə matçın heç bir əlaqəsi yoxdu. Çünki çempionat başqa turnirdi, Avropa Liqası başqası. Beş gün vaxtımız olacaq ki, "Hekken"i futbolçularımıza daha yaxından tanıdaq və proqram üzrə oyuna hazırlaşaq.

- Marko Veşoviçin durumu nə yerdədi?
- Ümidvaram ki, ciddi zədə olmaz. Sadəcə əzələsində gərginlik hiss etdi. Ona görə belə addım atdı, dərhal həkimlərə bildirdi. Nəsə hiss edibsə, ola bilər ki, hansısa problem olsun. Ancaq nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. Ümidvaram ki, ciddi bir şey olmaz. Sabah tam bilinəcək.

- Yerli bazarı analiz edirsiz və Azərbaycan premyer-liqasından gözaltı etdiyiniz oyunçu var? Elə bu qış...
- Var. Yerli futbolçularla çox ciddi maraqlanırıq. Onların oyunlarını ilboyu izləyirik. Hansı futbolçunun potensialı nə qədərdi, potensialını nə qədər üzə çıxara bilib, bunun üzərində işləyirik. Bəzi futbolçular var, maraqlanmışıq. Amma onların öz klubları var. Az da olsa, danışıq etdiyimiz oyunçular olub. Amma klubları razılıq verməyib. Ona görə hazırda alınmayıb. Lakin çox istəyərdik ki, qışda və ya yayda 1-2 yerli futbolçu transfer edək.

- Həmin kluba transfer məbləği ödəməyə hazır olmusuz?
- O həddə gəlib çıxmayıb. Bütün klublar, bir-birimizi hamı tanıyırıq. Bəzən hansısa futbolçunu istəyəndə, klub rəhbərliyindən bildirirlər ki, özümüzə də lazımdı. Ona görə biz də çox üzərilərinə gedə bilmirik. Bizdən də yerli futbolçu istəyənlər olub, biz də bildirmişik ki, özümüzə lazımdı. Yəqin, danışıqlar yavaş-yavaş o səviyyəyə gəlib çıxacaq ki, maddiyyat burada böyük rol oynayacaq. Çox istəyərəm ki, öz bazarımızda dəb halına düşsün. Futbolçunu icarəyə götürəndə də, ödəniş olsun. Klub bu cür inkişaf edir. Çox da arxayınçılıq olmasın. Transfer edəndə də, hansısa məbləğ ödənilməlidi ki, həm rəhbərlər, həm futbolçular bunu bilsinlər. Ki, gələcək transferlər əldə etmək bunun üzərindədi.

- "Qəbələ"nin futbolçusu Emil Səfərovun xidmətində maraqlısız?
- İsrarlı olduğumu deməzdim. Amma maraqlandığım futbolçulardan biridi. Lakin əldə etmək üçün ciddi heç bir danışıq olmayıb. Sadəcə, ola bilər ki, bütün yerli, perspektivli futbolçulara baxırıq. Təcrübəlilərə də həmçinin. Ola bilər hardasa danışmışam, demişəm ki, bu da maraqlıdı, digəri də. Lakin deyim ki, mütləq götürmək istəyirik, belə fikrimiz olmayıb.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Premyer-liqa / Manşet

13-12-2022, 22:0

Qurban Qurbanov: “Komandada istər-istəməz fiziki və psixoloji yorğunluq olur“

Premyer-liqa / Manşet

2-05-2023, 22:0

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm”

Premyer-liqa / Manşet

22-05-2023, 18:0

“Qarşımıza qoyulan məqsədə çatdıq”

Manşet / Konfrans Liqası

24-02-2023, 04:0

"Azərbaycan futbolunun gələcəyi üçün bu addımı atmalıyıq" - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 243
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə