Misli premyer-liqasında 35-ci tura yekun vurulub.
“Football-plus.az” xəbər verir ki, “Qarabağ” “Sumqayıt”ı qəbul edib - 1:2. Oyundan sonra qonaqların çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandamı təbrik edirəm. Bizim oyun qədər digər matçların nəticələri çempionatda qalmaq baxımından vacib idi. Ən xoş olanı odu ki, bunu qələbə ilə özümüz bacardıq. Son oyumuz qalıb. Ona hazırlaşacayıq. Qarşımıza qoyulan əsas məqsəd elitada qalmaq idi. Bunu da bacardıq”.
İSMAYIL XEYRULLAYEV