• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Guya yeni tikilən evə köçəndə hər şey mükəmməl olur?” – Nadiq Quliyev

Ölkə futbolu / Manşet

27-10-2023, 13:0

Prezident İlham Əliyevin bazar ertəsi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olduğunu bilirsiz.

Diqqətçəkən məqamlardan biri “Sumqayıt”ın ev oyunlarını burda keçirib-keçirməyəcəyidi. Stadionun şəhərin İcra Hakimiyyətinin balansında olduğunu yazmışdıq. Bu üzdən klub oyunlarını burda keçirə bilmək üçün dövlət qurumuyla danışıq aparmalıdı. Görəsən, müzakirələr başlayıbmı? İcra hakimiyyəti kluba razılıq vermək niyyətindədi?

Suallarımızı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq. Klub rəsmisi bu yöndə ilkin addımın atıldığını açıqladı:

“Stadion istifadəyə hazırdı. İndi ev oyunlarını burda keçirə bilmək üçün İcra Hakimiyyətiylə danışıqlara başlamışıq. Qarşı tərəflə müzakirələr müsbət yekunlaşsa, stadionda bəzi xırda düzəlişlər etmək lazım olacaq. Əvvəlcə bu məsələ həllini tapmalıdı. Premyer-liqa, kubok və başqa oyunları burda keçirmək istəyirik”.


Aydın olur ki, “gənclər şəhəri” təmsilçisi hazırda bu yöndə yerli İcra Hakimiyyəti ilə müzakirə aparır. Lakin dövlət qurumunun razılığı məsələnin həll olunması demək deyil. PFL də bu işə “hə” deməlidi. Bəs PFL rəsmiləri stadionun durumuyla tanış olub? Arena futbol qurumunun tələblərinə uyğundu? PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev hələ ki bu məqsədlə Sumqayıta səfər etmədiklərini dedi:

“Ora ilk səfərimiz tikinti mərhələsində olub. Daha sonra getməmişik. Hələ ki “Sumqayıt” ev oyunlarını həmin stadionda keçirmək istəyi ilə bağlı bizə rəsmi müraciət etməyib. Özləri istədiyi halda məsələyə baxıla bilər”.


"Football-plus.az"a daxil olan məlumata görə, “Sumqayıt”ın arzusu yaxın zamanlarda reallaşmayacaq. Çünki stadion premyer-liqanın tələblərinə uyğun tikilməyib. Daha dəqiq desək, İcra Hakimiyyəti idman qurğusunu kluba versə belə, PFL çoxlu dəyişikliklər tələb edəcək. Burda iki mövzu gündəmə gəlir. Birincisi, İcra Hakimiyyətinin icarəhaqqı kimi klubdan çox yüksək məbləğ tələb etdiyi məlumdu. Çünki arenanın “Sumqayıt”a verilməsi planlaşdırılmır. “Kimyaçılar” idman qurğusunu, sadəcə, icarəyə götürə bilər. Bu üzdən klubla İcra Hakimiyyəti arasındakı danışıqlar dalana dirənib.

Görünür, İcra Hakimiyyəti stadionu saxlamaq üçün lazım olan vəsaiti klubdan qoparmaq niyyətindədi. İkincisi, stadionun əlverişsiz şəraitdə olmasıdı. Belə ki, arenanın işıqlandırma sistemində problemlər var. İnzibati otaqlar, paltardəyişmə yerləri, hamam plansız hazırlanıb. Xüsusilə axşam saatlarında burda oyun keçirmək mümkünsüzdü. Qeyd olunan çatışmazlıqlarla bağlı fikirlərini öyrənmək üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyevə müraciət etdik. Maraqlıdı ki, o, bu iddialarla razılaşmadı:

“Arenada demək olar ki, hər şey qaydasındadı. İddialar həqiqəti əks etdirmir. Düzdü, çatışmazlıqların olmadığını demirəm. Kiçik problemlər var ki, onlar da tezliklə aradan qaldırılacaq. Guya yeni tikilən evə köçəndə hər şey mükəmməl olur? Mütləq bəzi yerlərə “əl gəzdirməli” olursan. Turniketlər gəlib və yaxın vaxtlarda quraşdırılacaq. Ümumiyyətlə, bütün işlər layihə üzrə aparılıb. Stadionda oyun keçirmək mümkündü. Təmtəraqlı açılış mərasiminin niyə olmadığını soruşanlar var. Çünki buna ehtiyac yoxdu. Cənab prezident İlham Əliyev bir də onun üçün gələsi deyil ki... Gəldi və bir neçə müəssisənin açılışında iştirak etdi ki, stadion da buna daxildi”.


Nadir bəy areanın “Sumqayıt”a verilməsi yolunda İcra Hakimiyyəti tərəfindən yaradılan problemlərə də münasibət bildirdi:

“Elə şey yoxdu. “Sumqayıt”dan başqa kimə verilməlidi ki? Klub sabah avrokuboklara vəsiqə qazansa, Masazırda oynayası deyil ki... Bildiyimə görə, danışıqlar gedir. İnşallah, tərəflər tezliklə anlaşacaq. Biz “Sumqayıt”ın ev oyunlarını burda keçirməsinin əleyhinə deyilik. Maksimum istəyirik ki, kluba kömək edək. Yalan informasiyalarla futbolumuzun inkişafı üçün çalışan şəxsləri və görülən işləri pisləmək düzgün deyil. Klub rəhbərliyi ilə bütün detalları müzakirə edib ortaq nöqtəyə gələcəyimizə inanırıq”.


Stadion direktorunun fikirləriylə də tanış olduq. İndi “Sumqayıt”ın bu arenada çıxış edib-etməyəcəyini görmək üçün bir müddət gözləməliyik. İddiaların nə dərəcədə doğru olduğu isə PFL idman qurğusuna baxış keçirəndən sonra aydın olacaq. Hələ ki şəhər İcra Hakimiyyətinin klubla hansı şərtlərlə anlaşacağı daha vacib məqamdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

27-07-2023, 17:0

“Sumqayıt” yeni mövsüm üçün Mehdi Hüseynzadə adına stadionu sifariş edib?

Ölkə futbolu / Manşet

26-03-2023, 12:0

“Mehdi Hüseynzadə” uğrunda “qırğın” gedir – ÖZƏL

Manşet

23-10-2023, 13:0

Prezident İlham Əliyev Sumqayıt stadionunda oldu

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə