Futzal yığmamızın üzvü Ramiz Çovdarovun Almaniyaya köçdüyünü diqqətinizə çatdırmışdıq. "Araz-Naxçıvan"la müqavilə müddəti bitən onu yeniləməyib.
Görəsən, o Almaniyada hansı işlə məşğul olacaq? Futzalçıya xarici klublardan təkliflər var?
Ramiz Çovdarovla əlaqə saxlayıb suallarımıza cavab aradıq. Onun "Football-plus.az"a dedikləri belə oldu:
"Bəli, hazırda Almaniyada, ailəmin yanındayam. Böyük ehtimalla həyatıma burda davam edəcəm. Karyeramı futzalçı kimi davam etdirmək istəyirəm. Lakin hələ hansısa klubdan təklif almamışam".
Futzalçıdan yığmanın baş məşqçisi Vitali Borisovdan dəvət alacağı təqdirdə heyətə qoşulub-qoşulmayacağını da soruşduq:
"Əlbəttə, niyə də olmasın? Həmişə ölkəmizi layiqli şəkildə təmsil etməyə hazıram".
KƏNAN BAHADIR