Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA

27.05.2023 22:47 377
Aktual
Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov Qazaxıstan "Atırau"sunda legioner həyatı yaşayan Rövşən Hüseynlini komandanın qapıçısı kimi heyətdə görmək istəyir.

O, bunu "Futbol+"ə müsahibəsində demişdi. Əlavə etmişdi ki, bununla bağlı təcrübəli futzalçıya müraciət edib və tezliklə yekun qərar açıqlanacaq.

Görəsən, Rövşən təklifi necə dəyərləndirib? Bunu öyrənmək məqsədilə Mahmud Sadıqovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Rövşən artıq vətənə geri dönüb, daha dəqiq desək, Bakıdadı. Ya sabah, ya birisigün görüşəcəyik. Detalları müzakirə etdikdən sonra yekun qərarını açıqlayacaq. İnanıram ki, onu "Araz-Naxçıvan"ın heyətində görə biləcəyik".


KƏNAN BAHADIR