• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” yenidən çempionluq uğrunda mübarizə aparmaq istəyir – TƏHLİL

Dünya futbolu

23-06-2023, 19:0

“Arsenal”ın ötən mövsüm finiş ərəfəsində büdrəmələrə yol verməklə çempion ola bilməməsinin səbəblərindən biri də qısa ehtiyat oyunçular skamyası idi.

“Football-plus.az” xəbər verir ki, son nəticədə “qızıl” uğrunda mübarizədən qalib ayrılan “Mançester Siti”nin heyəti daha geniş idi. Baxmayaraq ki, Pep Qvardiola son aylarda praktiki cəhətdən eyni start heyətindən yararlandı, ancaq əsas oyunçularını ağrısız əvəz etmək imkanı da var idi. “Arsenal” ötən yay necə lazımdısa, elə də gücləndi. Qabriel Jezusun komandaya gəlişini ötən mövsümdəki uğurun əsas səbəblərindən biri saymaq olar. “Portu”dan 35 milyon avroya alınan Fabio Vieyra rotasiya oyunçusu idi (premyer-liqada 22 oyun, ancaq yalnız üçü start heyətində və meydanda cəmi 499 dəqiqə olmaqla). Ancaq anlamaq lazımdı ki, portuqaliyalının rəqibi “topçular”ın kapitanı Martin Edeqor idi. Problem ondadı ki, Mikel Arteta start heyətinin oyunçularını bərabər səviyyədə əvəz edəcək futbolçu tapa bilmirdi. Əlbəttə, bugünlərdə dünyasını dəyişən Silvio Berluskoninin vaxtilə iki heyətlə bağlı dediyi ifadə mifdi. İstənilən komandada onsuz da əsas heyət (13-14 adam), güvəniləsi heyət (18-19 adam) var, bundan sonra artıq əvəzedicilər gəlir. Söhbət ondan gedir ki, əsas heyətə düşməyən futbolçular belə nə dərəcədə keyfiyyətlidi? “Arsenal” məhz bu baxımdan çatışmazlıq yaşadı. Və Qabriel Jezusun zədəsini “topçular” bir təhər “pərdələyə” bildisə (Eddi Nketia özünü göstərdi), Vilyam Salibanın mövsümün həlledici bölümündə sıradan çıxması faciə ilə nəticələndi. Mərkəz müdafiəçisi ötən mövsüm möhtəşəm təsir bağışlayırdı, onu əvəz edən Rob Holdinq, sadəcə, eyni səviyyənin oyunçusu deyildi. Çox güman, “Arsenal”ın menecmenti bu təhlükəni görürdü və yanvar transferləri – Jorjinyo ilə Leandro Trossar alındı – məhz heyətin gücləndirilməsinə yönəlmişdi. Hər biri yetərincə oyun vaxtı qazandı və komandaya fayda verd: Trossar “topçular”ın heyətində keçirdiyi yarım mövsüm ərzində 10 məhsuldar ötürmə verdi, Jorjinyo isə 14 oyun keçirdi və 852 dəqiqə meydanda oldu.

Deklan Rays
Yayda isə “əzələlərin gücləndirilməsi” istiqamətində iş davam edəcək. Bir halda ki, “Arsenal” Çempionlar Liqasında oynamalı olacaq. Klubun əsas hədəfi Deklan Raysdı. “Vest Hem”i Konfrans Liqasında qələbəyə daşıyan (bu, “çəkicdöyənlər”in 43 il ərzindəki ilk titulu idi) kapitan, İngiltərə yığmasının AÇ-2020 və DÇ-2022-dəki əsas yarımmüdafiəçisi. Yəqin ki, “Vest Hem”in akademiyasının Rio Ferdinand və Frenk Lempard dönəmindən bəri ən istedadlı yetirməsi. Raysın “Vest Hem”lə hələ birillik – 2024-cü ilin yayına qədər müqaviləsi var, üstəlik sonradan müddətin daha bir il uzadılması da mümkündü. Klub qışda 24 yaşlı futbolçuya əməkdaşlığın davamı ilə bağlı üç təklif ünvanlasa da, hər dəfə rədd cavabı aldı. İndiki mövsümlərarası dönəm “çəkicdöyənlər” üçün Raysı yaxşı qiymətə satmaq baxımından sonuncu imkandı. “Vest Hem”də bunu gizlətmirlər: Konfrans Liqasının finalından sonra idarə heyətinin sədri Devid Sallivan dedi ki, çox güman, bu, adı çəkilən yarımmüdafiəçinin Şərqi London komandasının heyətində son oyunu idi. “The Guardian” iyunun 13-də xəbər verdi ki, “Arsenal”la “Vest Hem” fəal danışıq aparır, transfer məbləği isə bonuslar nəzərə alınmaqla 115 milyon avro təşkil edə bilər. Onda hələ ortada rəsmi təklif yox idi. “The Athletic” iyunun 15-də “Arsenal”ın “çəkicdöyənlər”ə ilk təklifi göndərməsi və imtina cavabı alması haqda xəbər yaydı. “Vest Hem”in baş məşqçisi Devid Moyes isə hələ fevralda deyirdi ki, Rays lap komandanı tərk etsə də, bu, Britaniya üçün transfer rekordu olmalıdı. Hazırda bu rekord “Çelsi” ilə Entso Fernandesə məxsusdu – 121 milyon avro. Aydın məsələdi ki, danışıqlar davam edəcək və “Arsenal” yeni təkliflər irəli sürəcək. Ancaq “The Athletic”in əməkdaşı, Britaniyanın ən nüfuzlu insayderlərindən biri Devid Ornşteynin yaydığı xəbərə görə, Rays uğrunda mübarizəyə “Mançester Siti” də qoşula bilər. Burda çox şey İlkay Gündoğanla Bernardo Silvanın taleyindən asılıdı, bundan başqa, “Siti” “Çelsi”dən Mario Kovaçiçin namizədliyini də gözdən keçirir.

Kay Haverts
Daha bir mümkün böyük transfer Kay Havertsdi. “Arsenal” artıq “Çelsi”yə 24 yaşlı hücum xəttinin oyunçusu (almanın “Stemford Bric”dəki ən yaxşı dönəmi Tomas Tuxelin 3-4-2-1 sxemində sağ “10 nömrə” kimi keçirdiyi ilk yarım ildi, sonradan əsasən real və “yalançı” “9 nömrə” kimi oynamağa başladı) üçün sorğu göndərib. Hələ mümkün transfer məbləği açıqlanmasa da, “Çelsi” yaxşı təklif alacağı təqdirdə Havertsi buraxmağa hazırdı. “Zadəganlar”ın motivasiyası aydındı – onlar qeyri-adi dərəcədə şişirdilmiş heyətin “havasını almalı”, üstəlik “maliyyə feyr-pleyi” məsələsini həll etməlidi. Haverts taktiki cəhətdən yığcam oyunçudu. “Yəqin mən ümumilikdə yarımmüdafiəçiyəm, ancaq cərimə meydançasına soxulmaq çox xoşuma gəlir. Komandan topa yiyələnibsə, sən özünü buna uyğunlaşdırmalı və mövqeyini dəyişməlisəm, mənim meydandakı rolum budu” – almaniyalı futbolçu özü haqda belə deyir. Və Raysın meydandakı rolu ilə bağlı hər şey aydındısa (o, klassik ağıllı dayaq yarımmüdafiəçisidi, oyunu əla “oxuyur”), Haverts bir neçə mövqeni qapaya - həm Jezusu hücumun mərkəzində əvəzləyə, həm də Edeqora bir qədər dərindən yardım edə bilər. Qabriel – Saliba cütünün alternativsiz təsir bağışladığı müdafiənin mərkəzinə dərinlik qazandırmaq da yaxşı olardı, ancaq Arteta burda 22 yaşlı polşalı, yanvarda “Spetsiya”dan 25 milyon avroya alınan Yakub Kivyorun tərəqqisinə də ümid edə bilər. Yekunda bunu vurğulaya bilərik: Raysla Haverts “Emireyts”ə gələrsə, “Arsenal” çempionluq yolunda “Mançester Siti”yə son mövsümdəkindən də ciddi müqavimət göstərəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-09-2022, 14:0

Vengerdən sonranın ən güclü “Arsenal”! - TƏHLİL

Dünya futbolu

14-07-2022, 20:0

“Arsenal”ın kapitanı dəyişdi

Dünya futbolu

8-02-2023, 21:0

Arteta ilə Reşford hamını qabaqladı

Dünya futbolu

17-09-2022, 14:0

Arteta 3-cü dəfə mükafat aldı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə