Növbəti mövsümdə “Arsenal”da kimin kapitan olacağına aydınlıq gəlib.
Football-plus.az xəbər verir ki, buna baş məşqçi Mikel Arteta qərar verib. İspaniyalı mütəxəssis məsuliyyətli missiyanı Martin Edeqora həvalə edib. Norveçli yarımmüdafiəçi komandaya 2021-ci ilin yanvarında “Real”dan icarə əsasında gəlib. London klubu ötən yay 23 yaşlı futbolçunu 40 milyon avroya birdəfəlik alıb. Martin son mövsümdə bütün yarışlarda 40 oyun keçirib, 7 qol vurub və 5 qolun ötürməsini verib.
Onu da qeyd edək ki, ötən mövsüm “Arsenal”da kapitan sarğısını Qranit Caka daşıyıb.