• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vidadi Rzayev: “Tərlan Əhmədova qarşı haqsızlıq oldu”

Ölkə futbolu / Manşet

14-06-2023, 16:0

Ötən mövsümün 6-cı turunda “Kəpəz”in “sükanı arxasına” keçən Tərlan Əhmədovun Gəncə macərası başa çatdı. 51 yaşlı mütəxəssis “sarı-göylər”i elitada saxlamasına baxmayaraq, klub rəhbərliyi onunla yola davam etmək istəmədi. Və önun əvəzinə son mövsüm “Səbail”də Şahin Diniyevin köməkçisi olan Azər Məmmədov baş məşçqçi postuna dəvət aldı.

Xarakterinə görə “yanan” baş məşçqçi

Əvvəlcə Əhmədovun yola salınmasına toxunaq. Niyə onun məşqçi kimi “Kəpəz” karyerası cəmi 8 ay çəkdi? Tərlan bəyin məşqçi kimi nəyə qadir olduğuna artıq tarixin yaddaşına köçən AZAL, “Neftçi” və “Keşlə”dən (Şamaxı) bələdik. Çalışdığı bütün klublarda özünü yaxşı tərəfdən göstərə bilib. Ancaq insan kimi Əhmədov çox ziddiyyətli, xarakterində problem olan biri kimi tanınır. Çalışdığı hər yerdə rəhbərliklə arasında problem yaşanıb. Bəlkə də bu günə kimi Tərlan bəy onu başa düşən, onunla bir yerdə sona qədər işləyə biləcək rəhbərliyə rast gəlməyib və bu səbəbdən tez-tez işsiz qalır. Lakin bu günə kimi dilinin, daha dəqiq desək, xarakterindəki çatışmazlıqların bədəlini ödəyir. “Kəpəz” də bu yöndə istisna olmadı. Heç bir rəhbər klubun daxilində yaşanan problemlərin ictimailəşməsinə razı olmaz. Gəncə klubunda isə çatışmazlıqlar yetərincə idi və Əhmədov baş məşqçi kimi bunu qabartdı, mətbuat konfranslarında dəfələrlə “sarı-göylər”in üzləşdiyi çətinlikləri mediada müzakirə mövzusu etdi. Bu səbəbdən onun Gəncədə çox qalmayacağı gözlənilən idi. Düzdü, hər şeyi açıq danışmaq, ağa, “ağ”, qaraya, “qara” demək alqışalayiq addımdı. Ancaq bir tərəfdən də onu nəzərə almaq lazımdı ki, 51 yaşli mütəxəssis hara getdiyini, hansı şərtlər altında işləyəcəyini yaxşı bilirdi. Bəli, Əhmədov qarşıya qoyulan məqsədə çatdığından onunla yolları ayırmaq ədalətsizlikdi. Lakin hər dəfə problemləri sadalamaq, klubun üzləşdiyi çətinlikləri ictimailəşdirmək bir peşəkara yaraşan addım deyildi. Məhz bu səbəbdən istər klub rəsmiləri, istərsə də AFFA rəhbərliyi onun açıqlamalarından təngə gəlmişdi. “Kəpəz”in artıq sabiq baş məşqçisinin pöstunda qala bilməməsinin əsas səbəblərindən biri də Gəncənin futbol camiəsinə qaynayıb-qarışa bilməməsi oldu. Onun ölkənin ikinci ən böyük şəhərinə ayaq basması ilə klubun düşərgəsində intriqalar artdı, söz-söhbət çoxaldı. Tərlan bəy sanki kölgəsindən də qorxurdu, yerli veteranları yanından uzaqlaşdırmağa çalışırdı. Bu isə şəhərin futbol camiəsində söz sahibi olanlar tərəfindən heç də xoş qarşılanmadı. Mehman və Füzuli Allahverdiyev qardaşları ilə açıq prinsip aparmaq, Azərbaycan futbolunun “ağır artilleriyası” sayılan, AFFA tərəfindən “Kəpəz”ə kurator təyin olunan İsgəndər Cavadovla soyuq münasibətdə olduğunu mətbuatda etiraf etmək ona baha başa gəldi. Və ən əsası, gəncəli futbolçuları qış fasiləsində düşərgədən uzaqlaşdırmaq Tərlan bəyə şəhərdə münasibəti dəyişdi.

Əhmədov susdu, Rzayev danışdı

Tərlan bəy postundan uzaqlaşdırılandan sonra hansısa səbəbdən mətbuatdan qaçaq düşüb. Sanki onun işini itirməsinin səbəbkarı jurnalistlərdi. Dəfələrlə ona zəng vurub yaşananlara münasibət bildirməsini istəsək də, susmağı lazım bilib. Bəlkə də fikirləşirdi ki, danışmayınca rəhbərlik tərəfindən güzəşt olunacaq, postunda qalacaq. Ancaq hadisələrin axarı onun vəzifəsindən göndəriləcəyini göstərirdi. Əhmədovun məşqçilər korpusunda yer alan Vidadi Rzayev isə heç nədən çəkinmədən “Kəpəz”dən ayrılması barədə açıqlama verdi:

“Tərlan müəllimin və bizim komandadan ayrılması təbii haldı (səbəbini söyləmədi). Burda qeyri-adi heç nə yoxdu. Futbolda belə hallar həmişə olub, var və olacaq. Əhmədov komandanın çətin vaxtında gəldi və ağır yükün altına girərək “Kəpəz”i elitada saxlamağı bacardı. İndi onunla yolları ayırıblarsa, bizim də orda qalmağımız düzgün olmaz. Futbol baxımından götürsək, təbii ki, Tərlan Əhmədova qarşı haqsızlıq oldu. Ancaq həyat davam edir. Bundan sonra nə edəcəm? Əlimizdən gələn iş futboldu. Ömürboyu bu sahədə çalışmışam. Hələ ki bir plan yoxdu. Təklif olsa, işləməyə hazıram. Şükür Allaha, futbol savadımız, biliyimiz var. Niyə kənarda qalmalıyam?”


Yeni baş məşqçi ictimaiyyətə təqdim olundu

Dünən isə Gəncədə “Kəpəz”in yeni çalışdırıcısı ictimaiyyətə təqdim olunub. Azər Məmmədovla “1+1 il” şərti ilə müqavilə bağlanıb. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və Qərb regionunda çalışan media əməkdaşları iştirak edib. Rəsmən təsdiq olunmasa da, artıq Azər bəyin məşqçilər korpusunda kimlərin çalışacağı da məlumdu. Ötən mövsüm “Kəpəz”in əvəzedici komandasına rəhnərlik edən Xaliq Mərdanov, hazırda işsiz olan Etibar İbrahimov, başa çatan “futbol ili”ndə “Qarabağ”ın əvəzedici heyətində baş məşqçinin köməkçisi kimi çalışan Vasif Vəliyev Məmmədovun köməkçisi olacaq. Tariyel Hüseynov isə qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Onu da qeyd edək ki, adlarını çəkdiklərimizin hamısı, həmçinin Azər Məmmədov Gəncə futbol məktəbinin yetirməsidi.

Təqdimatdan sonra Azər Məmmədov mətbuata açıqlama verib:

“Bu məsuliyyətli və şərəfli işi mənə həvalə etdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm. “Kəpəz"in tarixi, adı var. Gəncə futboluna da məhz iddialı komanda yaraşır. İşlərimizi sağlam və şəffaf şəkildə görəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Biz də daha səviyyəli futbolçuların alınmasını istərdik. İnanırıq ki, "Kəpəz"ə sponsorluq etmək istəyən gəncəlilər tapılacaq. Özü getmək istəyən futbolçuları saxlamağa ehtiyac yoxdu. Bir də var ki, kimlərəsə artıq pul təklif olunur, onlar da bundan istifadə edir. Düzdü, yaxşı futbolçuların gedişinə təəssüflənirik. Amma həyatın sonu deyil. Gedənlərin yerini dolduracağıq. Bu mövsüm mümkün qədər yüksək pillələri tutmağa çalışacağıq. Danışıq apardığımız futbolçular var. Əlimizdəki büdcə ilə mehriban və mübariz kollektiv yaratmağa çalışacağıq. Gəncə elə şəhərdi ki, burda futbolçu öz-özünə yetişir. Sadəcə, şəhər futbolda bir neçə il itirdiyi üçün müəyyən boşluqlar yaranıb. Ötən mövsüm "Kəpəz"dən ayrılan gəncəli oyunçuları qaytarmağa çalışacağıq".


Gəncə gəncəlilər üçün!

Hələ ötən mövsümün gedişində gəncəli azarkeşlərin böyük hissəsi “Gəncədə gəncəli işləməlidi” devizi ilə rəhbərliyə təzyiq göstərirdi. Deyəsən, İdarə Heyətinin üzvləri söz-söhbətə son qoymaq üçün azarkeşlərin istəyinə qarşılıq verərək bu dəfə komandanın məşqçilər korpusunu sırf Gəncə futbolunun yetirmələrindən formalaşdırdı. Bəs rəhbərliyin bu addımı özünü doğruldacaq? Təbii ki, bunu zaman göstərəcək. Ancaq indədən bəllidi ki, növbəti mövsüm “Kəpəz” üçün çox ağır olacaq. “Sarı-göylər”in yeni çalışdırıcısı hər nə qədər bacarıqlı məşqçi olsa da, heç vaxt elitada komanda çalışdırmayıb. Heç köməkçiləri arasında da premyer-liqa təcrübəsi olan yoxdu. Bundan başqa, ötən il “Şamaxı”, “Turan Tovuz” kimi klublar da “Kəpəz”lə eyni durumda idi. Yəni onlar da Gəncə təmsilçisi kimi, demək olar, sıfırdan yığıldı, komanda quruculuğu yolunda çətinlikləı üzləşdilər. Maliyyə baxımından da AFFA-ya möhtac idilər. Ancaq indi durum dəyişib. “Turan Tovuz”un yeni sponsoru var ki, komandaya yetərincə diqqət ayırır. Elitanı tərk edən “Şamaxı”nı isə sanballı himayədarı olan “Araz Naxçıvan” əvəzləyib. Ötən mövsümü 8-ci pillədə başa vuran “Sumqayıt” böyük ehtimalla ötən ildən dərs çıxarıb və qarşıdakı “futbol ili”ndə eyni səhvlərə yol verməyəcək. “Səbail” isə artıq indidən yeni komanda qurmağa başlayıb. Maliyyə sarıdan problemi olmayan “dənizçilər”, heç şübhəsiz, daha səviyyəli legionerlərlə anlaşacaq. Belədə “Kəpəz” meydanda tək qalır. Azər Məmmədov və köməkçiləri ümidləri doğrulda biləcəkmi? Əsas məsələ budu. “Kəpəz” hələ ki itirə-itirə gedir. Qapıçılar “sarı-göylər”i tərk edib, komandanın liderləri Ahmed Ayzaya və Georgi Kantarya isə yolüstədi. Məmmədovun ağır yükün altına girdiyi heç kimə sir deyil. Maraqlıdı, yeni mövsümdə “sarı-göylər” autsayder olarsa, gəncəlilər yenə “Gəncədə gəncəlilər işləməlidi” prinsipinə sadiq qalacaq?

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-09-2022, 12:0

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

Premyer-liqa

6-03-2023, 11:0

Tərlan Əhmədov üçün əlamətdar gün - 200

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

Premyer-liqa

25-01-2023, 11:0

Tərlan Əhmədov üçün xüsusi matç

Premyer-liqa

4-09-2022, 19:0

Tərlan Əhmədovun köməkçiləri müəyyənləşdi

Aktual
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
Son xəbərlər
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
Daha çox
Oxunub: 707
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 241
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə