Lionel Messinin karyerasını okeanın o tayında davam etdirmək qərarına gəlməsi adama istər-istəməz ona qədər Şimali Amerikaya üz tutan məşhur futbolçuları xatırladır.
"Football-plus.az" xəbər verir ki, bu baxımdan siyahı yetərincə genişdi. İndi əsasən karyerasının qürub çağını MLS-də keçirənləri yada salacağıq. Az-çox tanınmış oyunçuların ABŞ çempionatının ən yüksək liqasındakı macərasına sırf statistik göstəricilər və maraqlı faktlar planında göz gəzdirəcəyik.
Roberto Donadoni
Ölkə: İtaliya
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York/Nyu Cersi Metrostarz (1996-97)
Oyun: 52
Qol: 6
Fakt: MLS-də oynayan ilk avropalı futbol ulduzu olub. 1997-ci ildə “Milan”a qayıdıb və bu komanda ilə 6-cı skudettonu qazanıb.
Karlos Valderrama
Ölkə: Kolumbiya
Amplua: yarımmüdafiəçi
Klublar: Tampa Bey Myutini (1996-97, 1999-2001), Mayami Fyujn (1998-99), Kolorado Repids (2001-03)
Oyun: 185
Qol: 17
Fakt: 2000-ci ildə “Tampa Bey Myutini”nin heyətində 26 məhsuldar ötürmə verməklə MLS-in rekordunu müəyyənləşdirib.
Valter Zenqa
Ölkə: İtaliya
Amplua: qapıçı
Klub: Nyu İnqlənd Revolyuşn (1997, 1999)
Oyun: 47
Qol: 0
Fakt: İtaliyada “sabun operası” serialında çəkildiyi üçün 1998-ci ildə karyerasını başa vurub. Bir ildən sonra oynayan məşqçi kimi ABŞ klubuna qayıdıb.
Tomas Ravelli
Ölkə: İsveç
Amplua: qapıçı
Klub: Tampa Bey Myutini (1998)
Oyun: 23
Qol: 0
Fakt: DÇ-1994-ün bürünc mükafatçısı 39 yaşında sıralarına qoşulduğu “Tampa Bey Myutini”də bir il çıxış edəndən sonra vətəninə qayıdaraq yenidən doğma “Öster”də oynayıb. ABŞ klubu isə 2002-ci ilin yanvarında mövcudluğunu itirib.
Lotar Matteus
Ölkə: Almaniya
Amplua: müdafiəçi
Klub: Nyu York/Nyu Cersi Metrostarz (2000)
Oyun: 23
Qol: 0
Fakt: AÇ-2000-dəki çıxışına görə 14 oyun buraxıb. Qitə çempionatında Almaniya yığmasının uğursuzluğundan sonra MLS-də mövsümün gedişində sevgilisi ilə istirahətə yollanıb.
Xristo Stoiçkov
Ölkə: Bolqarıstan
Amplua: hücumçu
Klublar: Çikaqo Fayr (2000-02), Di Si Yunayted (2003)
Oyun: 81
Qol: 30
Fakt: “Çikaqo Fayr”ın tarixinə 10 ən yaxşı bombardirdən biri kimi düşüb.
İqor Simutenkov
Ölkə: Rusiya
Amplua: hücumçu
Klub: Kanzas Siti (2002-04)
Oyun: 49
Qol: 12
Fakt: ABŞ-ın Açıq Kubokunun 2004-cü ildə keçirilən “Çikaqo Fayr” ilə final oyununda “qızıl qol”un müəllifi olub.
Yuri Corkayeff
Ölkə: Fransa
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York Red Bullz (2005-06)
Oyun: 48
Qol: 13
Fakt: DÇ-1998 və AÇ-2000-nin qalibi Manhettenin cənubunda yaşadığı qəsəbədə Culiya Roberts ilə qonşu olub.
Devid Bekhem
Ölkə: İngiltərə
Amplua: yarımmüdafiəçi
Klub: Los Anceles Qalaksi (2007-09, 2010-12)
Oyun: 118
Qol: 20
Fakt: Bekhemin transferi MLS rəhbərliyini xüsusi qayda qəbul etməyə vadar edib: yerli klublara iki oyunçuya maaşla bağlı güzəşt edilməsinə qərar verilib. Devidin “Los Anceles Qalaksi”dəki illik məvacibi 6,5 milyon avro idi, liqada isə 2007-ci ilə qədər futbolçular üçün ən yüksək əməkhaqqı kimi 2,1 milyon avro müəyyən edilmişdi.
Abel Şavyer
Ölkə: Portuqaliya
Klub: Los Anceles Qalaksi (2007-08)
Amplua: müdafiəçi
Oyun: 26
Qol: 0
Fakt: koloritli portuqaliyalı karyerasını başa vurandan sonra “Qalaksi”də niderlandlı baş məşçqi Ruud Qullitin rəhbərliyi altında oynamağın onun üçün heç də xoş olmadığını etiraf edib.
Klaudio Lopes
Ölkə: Argentina
Amplua: hücumçu
Klub: Kanzas Siti (2008-09), Kolorado Repids (2010)
Oyun: 74
Qol: 14
Fakt: bir vaxtlar “Valensiya”nın hücum xəttinin lideri olan futbolçu “Kolorado Repids”də çox zəif oynadığı üçün imtinalar üçün drafta çıxarılıb. Argentinalı heç bir kluba lazım olmadığını görüncə karyerasını başa vurub.
Fredrik Lünqberq
Ölkə: İsveç
Amplua: yarımmüdafiəçi
Klub: Sietl Saunders (2009-10), Çikaqo Fayr (2010)
Oyun: 55
Qol: 4
Fakt: Sietl klubu “Arsenal”ın əfsanəsini “Çikaqo Fayr”a draftın pikində dəyişib.
Edqaras Yankauskas
Ölkə: Litva
Amplua: hücumçu
Klub: Nyu İnqlənd Revolyuşn (2009-10)
Oyun: 14
Qol: 2
Fakt: 2010-cu ildə ABŞ klubunda futbolçu həyatına son qoysa da, bir ildən sonra “Fakel” (Rusiya) ilə müqavilə bağlayıb.
Mista
Ölkə: İspaniya
Amplua: hücumçu
Klub: Toronto (2010)
Oyun: 13
Qol: 1
Fakt: “Valensiya”nın sabiq oyunçusu karyerasını başa vurduğu “Toronto” ilə çempion olub.
Rafael Markes
Ölkə: Meksika
Amplua: müdafiəçi
Klub: Nyu York Red Bullz (2010-12)
Oyun: 50
Qol: 1
Fakt: “Yuventus” 2010-cu ildə “Barselona”nı tərk edən müdafiəçini sıralarına qatmaq istəyib, lakin o, Nyu York klubuna üstünlük verib. Sonradan MLS-ə yollanmasının karyerasının ən səhv qərarı olduğunu etiraf edib.
Tyerri Anri
Ölkə: Fransa
Amplua: hücumçu
Klub: Nyu York Red Bullz (2010-14)
Oyun: 135
Qol: 52
Fakt: MLS-də keçirdiyi ilk oyununa fanatlarla birlikdə metro vasitəsilə yollanıb.
Robbi Kin
Ölkə: İrlandiya
Amplua: hücumçu
Klub: Los Anceles Qalaksi (2011-16)
Oyun: 165
Qol: 104
Fakt: MLS-in üçqat qalibi, 2014-cü il mövsümünün və klubda ardıcıl 4 mövsümün ən dəyərli oyunçusu seçilib.
Torsten Frinqs
Ölkə: Almaniya
Amplua: yarımmüdafiəçi
Klub: Toronto (2011-12)
Oyun: 44
Qol: 2
Fakt: tarixə Almaniya və Kanada çempionu olan ilk futbolçu kimi düşüb.
Alessandro Nesta
Ölkə: İtaliya
Amplua: müdafiəçi
Klub: Monreal İmpekt (2012-13)
Oyun: 34
Qol: 0
Fakt: 2012-ci ildə karyerasını başa vurmaq haqda düşünsə də, “Latsio”dan və İtaliya yığmasından olan sabiq oyundaşı Marko Di Vayonun məsləhəti ilə “Monreal İmpekt”ə üz tutub. Bu komandada bir il çıxış edəndən sonra hətta “Çennayin”də (Hindistan) də top qovub.
Tim Keyhill
Ölkə: Avstraliya
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York Red Bullz (2012-14)
Oyun: 72
Qol: 16
Fakt: avstraliyalı Nyu York klubuna heç də sıralarında təqaüdə çıxmaq gözü ilə baxmayıb, iki il “Red Bullz”un formasını geyəndən sonra daha 5 komandada oynayıb və futbolçu həyatını 2019-cu ildə başa vurub.
Juninyo Pernambukano
Ölkə: Braziliya
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York Red Bullz (2013)
Oyun: 15
Qol: 0
Fakt: şok, cərimə zərbələrinin mahir ifaçısı olan braziliyalı MLS-də bir qol da vura bilməyib!
Mikael Silvestr
Ölkə: Fransa
Amplua: müdafiəçi
Klub: Portlend Timbers (2013-14)
Oyun: 8
Qol: 0
Fakt: onu əvvəlcə “Sietl Saunders” transfer edib, amma dərhal draftda “Portlend Timbers”in oyunçusu ilə dəyişib.
Cermeyn Defo
Ölkə: İngiltərə
Amplua: hücumçu
Klub: Toronto (2014)
Oyun: 21
Qol: 12
Fakt: “Toronto”da çox yaxşı təsir bağışlayan hücumçu “Sanderlend”in diqqətini cəb edib və bu komandanın azarkeşləri onu 2015/16 mövsümünün ən yaxşı oyunçusu seçiblər.
Julio Sezar
Ölkə: Braziliya
Amplua: qapıçı
Klub: Toronto (2014)
Oyun: 7
Qol: 0
Fakt: o, vətənində keçirilən DÇ-2014-də Kanada klubunun oyunçusu kimi çıxış edib.
David Vilya
Ölkə: İspaniya
Amplua: hücumçu
Klub: Nyu York Siti (2013-18)
Oyun: 133
Qol: 83
Fakt: indiyədək Nyu York klubunun tarixində ən yaxşı bombardir sayılır.
Stiven Cerrard
Ölkə: İngiltərə
Amplua: yarımmüdafiəçi
Klub: Los Anceles Qalaksi (2015-16)
Oyun: 39
Qol: 5
Fakt: o, vətənində olduğu kimi MLS-də də çempion ola bilməyib.
Frenk Lempard
Ölkə: İngiltərə
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York Siti (2015-16)
Oyun: 21
Qol: 12
Fakt: o, Nyu Yorka yollanmazdan əvvəl bir mövsüm “Mançester Siti”də çıxış edib, hətta 13 il şərəfini qoruduğu “Çelsi”yə qol vurub.
Kaka
Ölkə:Braziliya
Amplua: yarımmüdafiəçi
Klub: Orlando Siti (2015-17)
Oyun: 78
Qol: 25
Fakt: MLS ulduzlarının 3 matçında iştirak edib.
Didye Droqba
Ölkə: Kot d’İvuar
Amplua: hücumçu
Klub: Monreal İmpekt (2015-16)
Oyun: 41
Qol: 23
Fakt: Şimali Amerikada top qovmaq onu o qədər valeh edib ki, hətta 2-ci divizonda yarışan “Finiks Rayzinq”in də formasını geyib və sonra bu klubun həmsahibi olub.
Şon Rayt-Fillips
Ölkə: İngiltərə
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York Red Bullz (2015-16)
Oyun: 25
Qol: 1
Fakt: Droqba onu 2017-ci ildə “Finiks Rayzinq”ə cəlb edib. Bu komandada çempionatda 26 oyuna 3 qol vurub.
Andrea Pirlo
Ölkə: İtaliya
Amplua: yarımmüdafiəçi
Klub: Nyu York Siti (2015-17)
Oyun: 62
Qol: 1
Fakt: Lempard-Pirlo duetini çoxları uzun müddət arzu edirdi və bu əlaqə yalnız 2015-ci ildə ABŞ klubunda baş tutdu.
Sebastyan Covinko
Ölkə: İtaliya
Amplua: hücumçu
Klub: Toronto (2015-18)
Oyun: 142
Qol: 83
Fakt: 2017-ci ildə MLS-in qalibi olan bəstəboy italiyalı “Toronto”nun ən yaxşı bombardiridi.
Naycel de Yonq
Ölkə: Niderland
Amplua: yarımmüdafiəçi
Klub: Los Anceles Qalaksi (2016)
Oyun: 16
Qol: 0
Fakt: “Portlend Siti”nin oyunçusunu ciddi zədələsə də, meydanda sarı vərəqə ilə cəzalanıb, amma müvafiq orqanın qərarı ilə soradan 3 oyunluq diskvalifikasiya edilib.
Eşli Koul
Ölkə: İngiltərə
Amplua: müdafiəçi
Klub: Los Anceles Qalaksi (2016)
Oyun: 94
Qol: 3
Fakt: 2018-ci ildə Los Ancelesdən “Derbi Kaunti”yə yollanmaqla diqqəti böyük və kiçik şəhərlər arasındakı fərqə yönəldib.
Bastian Şvaynştayger
Ölkə: Almaniya
Amplua: yarımmüdafiəçi
Klub: Çikaqo Fayr (2017-19)
Oyun: 92
Qol: 8
Fakt: 2018-ci ilin avqustunda Münhendəki vida matçında “Bavariya” və “Çikaqo Fayr”ın formasında iştirak edib. Lakin karyerasını yalnız 2019-cu ilin sonunda başa vurub.
Zlatan İbrahimoviç
Ölkə: İsveç
Amplua: hücumçu
Klub: Los Anceles Qalaksi (2018-19)
Oyun: 58
Qol: 53
Fakt: “Qalaksi”də çıxış etdiyi ilyarım ərzində bütün turnirlərdə 58 oyuna 53 qol vurub.
Ueyn Runi
Ölkə: İngiltərə
Amplua: hücumçu
Klub: Di Si Yunayted (2018-19)
Oyun: 52
Qol: 25
Fakt: 2019-cu ildə “Di Si Yunayted”in ən yaxşı oyunçusu seçilib.
Boyan Krkiç
Ölkə: İspaniya
Amplua: hücumçu
Klub: Monreal İmpekt (2019-20)
Oyun: 29
Qol: 7
Fakt: Monreal klubu ilə müqaviləsi 2021-ci il yanvarın 1-də qüvvədən düşən hücumçu yeni iş yerini (Vissel Kobe) yalnız həmin ilin avqustunda tapa bilib.
Nani
Ölkə: Portuqaliya
Amplua: yarımmüdafiəçi
Klub: Orlando Siti (2019-21)
Oyun: 88
Qol: 31
Fakt: 3 il “Orlando Siti”də çıxış edəndən sonra 2022-ci ilin qışında İtaliyaya yollanaraq “Venetsiya”ya A seriyasında qalmaqda kömək etməyə çalışıb.
Qaret Beyl
Ölkə: Uels
Amplua: hücumçu
Klub: Los Anceles (2022-23)
Oyun: 13
Qol: 3
Fakt: o, MLS-ə DÇ-2022-nin final mərhələsinə hazırlaşmaq üçün yollansa da, bu liqada çempionluq qazanıb. Maraqlıdı ki, uelslinin “Los Anceles”də vurduğu üç qoldan biri “Filadelfiya” ilə finalın 120+8-ci dəqiqəsinə təsadüf edib və bu qolla hesabı bərabərləşdirib – 3:3! Sonra isə komandasının penalti seriyasındakı qələbəsinə sevinib!