Lionel Messi PSJ-dəki debüt mövsümündə ölkə çempionu olsa da, statistik göstəricilər planında zəif nəticə göstərdi.
Argentinalı hücumçu Liqa 1-də iştirak etdiyi 26 oyunda 6 qol vurub və 14 məhsuldar ötürmə edib. Başqa sözlə, “qol+ötürmə” sistemi üzrə 20 xal toplayıb.
Bu, Messinin son 15 ildə ən zəif göstəricisidi. Belə ki, 34 yaşlı futbolçu 2006/07 mövsümündə “Barselona”nın formasında La Liqada iştirak etdiyi 26 oyunda 14 qol vurmuş və 3 məhsuldar ötürmə etmişdi.