• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” və “Turan Tovuz” azarkeşləri arasında nifaq toxumları səpmək istəyən bəzi qüvvələr var" - AÇIQLAMA

Ölkə futbolu / Manşet

10-05-2023, 11:0

Misli premyer-liqasının 33-cü turunun “Turan Tovuz” – “Neftçi” oyunu ölkə futbolunun tarixində özünəməxsusluğu ilə yadda qaldı. Region təmsilçisi bakılıları darmadağın edərək (4:0) mühüm qələbə qazandı.

Əldə etdiyimiz məlumata görə, bölgəyə səfər edən “Forza Neftçi” fanklubu bu hadisənin şahidi ola bilməyib. Stadionun giriş qapısına qədər gələn tərəfdarlar Bakıya dönməli olub.

"Football-plus.az" olaraq bunun səbəbini araşdırmaq məqsədilə “Neftçi”nin azarkeşlərlə əlaqələndiricisi Aqil Məmmədquliyevlə əlaqə saxladıq:

“Neftçi” və “Turan Tovuz” azarkeşləri arasında nifaq toxumları səpmək istəyən bəzi qüvvələr var. İstəklərinə nail olmaq üçün səfərbər olublar. Adlarını bilməsəm də, əksəriyyətini üzdən tanıyıram. Tovuzluların Bakı səfərlərində yaşadığı problemləri qabardaraq “Neftçi”nin Tovuz səfərlərinə yansıtmağa çalışırlar. Halbuki həmin problemlərlə, demək olar, bütün klublar vaxtaşırı qarşılaşır. Bu şəxslər sözün əsl mənasında Azərbaycan futbolunun layiqli qələbələrlə, baxımlı oyunlarla yox, insidentlərlə gündəmə gəlməsində maraqlıdı.

Son aylarda “Neftçi”nin bəzi azarkeşləri də bədniyyətli əməllərin iştirakçısına çevrilib. Matçları televiziyadan, internetdən izləyənlər, stadiona gəlməyənlər rahat sosial şəbəkələrdə “Turan Tovuz” azarkeşlərini qıcıqlandıracaq ifadələr işlədir. Xüsusilə “Tik-Tok”da. Mən hamısını izləyirəm. Gündəmdə olanlar əsl “Neftçi” sevdalıları, tribuna azarkeşləri deyil. Onların “ağ-qaralar”ı həqiqətən sevib-sevmədiyi də şübhəlidi. Ancaq təxribat yaratmaq, həqiqətə uyğun olmayan iddialar və xoşagəlməz ifadələrlə ara qatmağa çalışırlar.

Bundan başqa, bəzi tovuzlular da var ki, ya bu təxribatların bir parçasıdı, ya da fərqində olmadan hisslərə qapılaraq sərt reaksiya verirlər. Dediyim kimi, məsələnin kökü çox dərindi. Tovuzda “Neftçi” azarkeşləri həmişə hörmət, ehtiram, xüsusi qonaqpərvərlik ilə qarşılanıb. Əlbəttə, əhali ilə münasibətlərimiz indi də elədi. Lakin özünü “Turan Tovuz” azarkeşi kimi təqdim edib başqa niyyətlər güdənlərin sayı da az deyil. Gələk əsas məsələyə.

Əvvəlcədən vurğulayım ki, mən spirtli içki içmirəm və buna qarşıyam. Bizim uşaqlar matçdan bir gün əvvəl ad günü məclisində spirtli içki qəbul ediblər. Oyun günü Bakıdan təxminən 35 nəfərdən ibarət “Forza Neftçi” fanklubu ilə birlikdə Tovuza yola düşdük. 5 saatlıq uzun və yorucu yolda istirahət üçün dayandıq. Fanklub üzvlərindən 3 nəfər bir bokal pivə, mən də daxil olmaqla başqaları çay içdi. Stadiona vaxtında çatmışdıq. Bizi çox ciddi yoxladılar. Açığı, belə olacağını gözləmirdik. Polislərdən biri pivə içən azarkeşlərdən spirtli içki qoxusu gəldiyinə görə onları stadiona buraxmadı. Halbuki onlarda heç bir sərxoşluq əlaməti yox idi. Biz polisin bu addımına qəti etirazımızı bildirdik. “Neftçi”nin rəsmiləri də məsələyə qarışdı.

Daha sonra bizi stadionun arxa qapısına aparıb bir müddət gözlətdilər. Oyun artıq başlamışdı. Ön girişə qayıdıb içəri keçmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Polis spirtli içki qoxusu gələn azarkeşlərin buraxılmayacağını, bizim isə keçə biləcəyimizi dedi. Bu qərarla razılaşmadığımız üçün hamımız avtobusa minib geri qayıtmaq məcburiyyətində qaldıq. Ümumiyyətlə, futbol əyləncəli idman növüdü. Azarkeşlər stadiona vaxtını səmərəli keçirmək üçün gedir. Bir çox ölkələrdə, xüsusilə Avropada futbolsevərlər tribunada spirtli içki qəbul edə-edə oyunları izləyir.

Yeri gəlmişkən, “Neftçi”nin azarkeşlərindən biri hazırda Amsterdamdadı. Orda keçirilən oyunları tribunadan izləyir. Dəfələrlə tribunada pivə içərkən çəkdirdiyi şəkilləri bizlə paylaşıb. “Neftçi” rəhbərliyi ilə iclaslarda azarkeşlərin üzləşdiyi problemləri qaldırmışam. Bizə kimin nə etmək istədiyi bəllidi. Buna imkan verməyəcəyik. Klub olaraq, belə təxribatların qarşısını almaq üçün çalışırıq.


Sizin vasitənizlə başda “Neftçi” azarkeşləri olmaqla, bütün azərbaycanlı azarkeşlərə demək istəyirəm ki, belə təxribatları kəskin qınasınlar və insidentlərin iştirakçısı olmaqdan çəkinsinlər. Hər şey sosial şəbəkələrdəki sərbəstlikdən qaynaqlanır. Fəsadlarını düşünmədən istədikləri kimi hərəkət edirlər. Aravuranlar özlərini tribunalarda göstərsin, sözlərini üzə desin, virtual aləmdə hər şey çox asandı”.

Hadisənin ciddiliyini nəzərə alıb PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevi aradıq:

“Başverənlərdən xəbərimiz var. Hadisə haqda məlumat alan kimi matçın AFFA nümayəndəsi ilə əlaqə saxladıq. Öyrəndik ki, azarkeşlərdən birinin oyuna buraxılmaması səbəbindən başqaları da qarşılaşmanı izləməkdən imtina edib.

Bizim üçün həssas mövzu olduğundan məsələni diqqətdə saxlayırıq. Əlimizdən gələni edəcəyik ki, qonaq azarkeşlər bundan sonra stadiona daxil olmaqda çətinlik çəkməsin. Ümumilikdə təhlükəsizlik tədbirlərinə meydan sahibi klublar cavabdehdi. Bütün klubların azarkeşlərlə işləyən nümayəndələri var. Düşünürük ki, onlar hər oyundan öncə sıx əlaqədə olsalar, ümumi işin xeyrinə olar”.


Mövzu ilə bağlı “Turan Tovuz”un da mövqeyini öyrənməyi lazım bildik. Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev:

“Tovuzda “Qarabağ” və “Neftçi” kimi böyük klublar yerli azarkeşlər tərəfindən həmişə səbrsizliklə gözlənilib. Çünki onların region səfərləri baxımlı matçlarla yadda qalır. Klub rəhbərliyindən azarkeşlərə qədər hər kəs bu hadisənin yaşanmasına görə təəssüf hissi keçirir.

“Turan Tovuz”un ənənəsinə görə, “Neftçi” də daxil olmaqla bütün qonaq komandalar və azarkeşlər böyük rəğbətlə qarşılanıb. Həmişə ev sahibi kimi rəqiblərə qarşı hörmətsizliyin və biganəliyin əleyhinə olmuşuq.

İstərdik ki, belə xoşagəlməz hal yaşanmasın və qonaq azarkeşlər də stadiondan matçı izləsin. Lakin əlimizdən gələn bir şey olmadı. Özüm də asayiş keşikçiləri ilə danışıb qərarlarını dəyişmələrini xahiş etdim. Polis spirtli içki içən şəxsin stadiona girişinin qəti qadağan olunduğunu vurğuladı”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

1-03-2023, 16:0

"Turan Tovuz" "Neftçi"nin önünə ciddi itki ilə çıxacaq

Ölkə kuboku / Manşet

25-04-2023, 17:0

“Turan Tovuz” “Neftçi” ilə oyuna “qoşun” gətirir – AÇIQLAMA

Ölkə kuboku

24-04-2023, 22:0

"Turan Tovuz" fanatlarına müraciət etdi

Ölkə futbolu

20-04-2023, 14:0

İntizam Komitəsinin iclası keçirildi

Ölkə futbolu

8-02-2023, 15:0

"Turan Tovuz"dan Türkiyəyə dəstək

Premyer-liqa

8-10-2022, 23:0

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi - VİDEO

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
  • 12-08-2026, 22:0
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • 12-08-2026, 21:0
    Almaniyada iş yerini dəyişdi
  • 12-08-2026, 20:0
    Dünya çempionu ağır zədələndi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 130
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə