"Turan Tovuz" fanatlarına müraciət etdi

24.04.2023 22:32 313
Ölkə kuboku
"Turan Tovuz" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, qərb bölgəsi təmsilçisi vacib oyundan öncə azarkeşlərinə müraciət edib:

"Dəyərli “Turan Tovuz” azarkeşləri!

Məlum olduğu kimi, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda komandamız “Neftçi” ilə qarşılaşacaq. Tarixi oyunda həmişəkindən daha çox dəstəyinizə ehtiyacımız var. Odur ki, 26 aprel tarixində hər birinizi “Bakcell Arena”ya, 5 A sektoruna gözləyirik!

Gücümüz dəstəyinizdir!

Əlaqələndici şəxs Kamal Saqqayev.

Əlaqə nömrəsi: 055 652 82 02"