"Turan Tovuz" "Neftçi"nin önünə ciddi itki ilə çıxacaq

1.03.2023 16:09 338
Premyer-liqa
Misli premyer-liqasının 25-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Turan Tovuz"un heyətində itki var.

"Football-plus.az"ın klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, kapitan Şəhriyar Əliyev cəzalı durumda olduğu üçün "ağ-qaralar"la matçı buraxacaq. Təcrübəli müdafiəçi ötən tur "Sabah"la keçirilən matçda mövsümdə 4-cü sarı vərəqəni almaqla cəzalı duruma düşüb.

Qeyd edək ki, martın 5-də keçiriləcək "Neftçi" - "Turan Tovuz" matçı saat 19.30-da başlayacaq.