AFFA Azərbaycan milli komandasının sabiq futbolçusu Zaur Ramazanovu işlə təmin edib.
Zaur bəylə əlaqə saxlayıb təyinatı ilə bağlı ətraflı məlumat əldə etdik. Veteran hücumçu "Footbal-plus.az"a bunları dedi:
"Bəli, AFFA-nın dəvəti ilə aşağı yaş qrupları üzrə liqalarda nəzarətçi kimi fəaliyyət göstərməyə başladım. Oyunları diqqətlə izləyib gələcək vəd edən uşaqların kəşf edilməsinə töhvə vermək istəyirəm. Bir aydı ki, bu işlə məşğulam. Yaxşı çıxış edən uşaqların sayı çox olsa da, dəqiq qərar vermək üçün hələ tezdi. Bəzi futbolçuları cəmi 1 oyunda görmək imkanım olub. Zaman keçdikcə uşaqların taleyi haqda yekun söz demək asanlaşacaq. Çalışacam ki, heç bir perspektivli uşaq diqqətdən kənarda qalmasın".
KƏNAN BAHADIR