• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yuventus” 15 xalını geri aldı, amma sevinmək hələ tezdi - TƏHLİL

Dünya futbolu

1-05-2023, 18:0

Aprelin 20-də “Yuventus”dan düz 3 ay əvvəl alınan 15 xal geri qaytarıldı.

“Football-plus.az” xəbər verir ki, qərardan əvvəl A seriyasında 7-ci yeri tutan, “Çempionlar Liqası zonası”ndan 9 xal geri düşən İtaliya nəhəngi günün ikinci yarısında 3-cü pilləyə yüksəldi. Doğrudu, bu, hələ davam edən təhqiqat prosesində son deyil. “Yuve”nin avrokubokların növbəti mövsümündə iştirak edib-etməyəcəyi təxminən bir aydan sonra məlum olacaq.

Qərar müvəqqəti xarakter daşıyır
Turin klubunun İtaliya Milli Olimpiya Komitəsinə (İMOK) ünvanladığı şikayəti müsbət cavablanıb. Başqa sözlə İtaliya Futbol Federasiyasının (İFF) Federal Apellyasiya Məhkəməsinin (FAM) yanvarın 20-də komandanın hesabından çıxdığı 15 xal geri qaytarılıb. Amma qarşıda növbəti proses var: FAM klubun maliyyə planındakı fəaliyyətini təkrar araşdırmalı və yekun qərar verməlidi.
Vəziyyətin 180 dərəcə dəyişməsi istər-istəməz adamı dolaşığa salır. Əvvəlcə yerli futbol təşkilatı “Yuventus”un bu mövsüm ölkə çempionatında qazandığı ümumi xaldan 15-ni çıxdı. Turin klubu təbii olaraq bu sanksiyadan ölkənin ali idman instansiyasına şikayət ünvanladı. İMOK isə apellyasiyanın əsaslı olduğuna qərar verdi. Amma məsələ heç də bununla bitmir: jurnalist Covanni Albanezenin verdiyi məlumata görə, İFF-nin işə yenidən baxmaq üçün bir aylıq vaxtı var. Odu ki, “ağ-qaralar”ın qitə kuboklarına buraxılıb-buraxılmayacağı yalnız mövsüm sona çatandan sonra bilinəcək.

Klubun artıq sabiq rəhbərlərinə gəlincə, Pavel Nedved, Paolo Qarimberti və Enriko Vellanonun şikayəti də qəbul edilib. Andrea Anyelli, Fabio Paratiçi və Federiko Kerubininin apellyasiyası isə geri çevrilib. Yeri gəlmişkən, Paratiçi artıq “Tottenhem”in idman direktoru vəzifəsindən istefa verib.

Xatırladaq ki, sabiq prezident Anyelli və sabiq baş direktor Mauritsio Arrivabene 2 illik, sabiq vitse-prezident Nedved 8 aylıq, sabiq idman direktoru Paratiçi 2,5 illik, sabiq direktor Kerubini isə 1 il 4 aylıq müddətinə diskvalifikasiya olunub.

Nə baş verib?
“Yuventus”un 2022-ci il noyabrın 28-də kütləvi istefa qərarı verən keçmiş rəhbərliyi klubun maliyyə fəaliyyətində 4 maddə üzrə yol verilən qanun pozuntusuna əsasən ittiham olunub. Bütün hallar bir nöqtədə - rəqəmlərlə oynamaqla klubun şərti kapitalının artırılmasında birləşir. Qısaca ifadə etsək, prokurorluq başqa klublarla qeyri-adi oyunçu mübadilələrini və keçidlərin həddən artıq baha qiymətə reallaşmasını dəyərləndirməyib. Paratiçi vaxtilə bu planda fəaliyyəti ilə hesabların sanki boş olmadığını göstərməyə çalışmışdı. “Yuventus” amortizasiya ilə birlikdə köhnə mühasibatlıq yolu ilə hərəkət edib: oyunçu satışlarından əldə edilən qazanc dərhal büdcədə əks olunub, alğılara görə xərclər isə futbolçunun müqaviləsinin müddətinə əsasən bir neçə ilə bölünüb.

Kapitalın qısa müddətdə artması kluba koronavirusun səbəb olduğu maliyyə böhranını arxada qoymaq, balansa tarazlıq gətirmək və Kriştiano Ronaldonun illik məvacibini (31 milyon avro) ödəmək imkanı verib. Klub, sadəcə, qazandığından çox xərcləyib, ancaq hər şeyin əksinə olduğu görüntüsünü formalaşdırıb. Buna ən parlaq nümunə kimi Miralem Pyaniçin “Barselona”nın oyunçusu Artur ilə dəyişdirilməsini göstərə bilərik.

Təhqiqatın gedişində başqa şübhəli faktlar da ortaya çıxıb. İttihamçılar sabiq rəhbərliyin hamını aldatdığını ehtimal edirlər. Məsələn, 2020-ci ilin yazında oyunçuların maaşı ilə bağlı məsələdə də nöqsan tapılıb. Rəhbərlik onda futbolçuların koronavirus pandemiyasının qızğın çağında 4 aylıq məvacibindən imtina etdikləri ilə bağlı rəsmi məlumat yaymışdı. Ancaq araşdırma nəticəsində bütün maaşların sonradan ödənildiyi məlum olub, bəzi obyektlərdə aparılan axtarışlar isə klubla oyunçular arasında imzalanan əlavə sənədlərin aşkar edilməsi ilə nəticələnib. Həmin sənədlər maliyyə hesabatlarında qeyd olunmayıb. İddiaya görə, klubun Ronaldoya 19 milyon avro borcu qalıb və indi Səudiyyə Ərəbistanında oynayan ulduz futbolçu bu məbləği məhkəmə yolu ilə almaq niyyətindədi.

Xatırladaq ki, “Yuventus”un maliyyə sahəsindəki fəaliyyəti ilk dəfə 2020-ci ilin payızında araşdırılmağa başlanılmışdı. İndi bu işə yalnız vətəndaş məhkəməsində baxılır. Bu isə o deməkdi ki, komanda B seriyasına göndərilməyəcək. İdman məhkəməsində bu işlə bağlı proses 2022-ci ilin yazında yekunlaşıb. Onda turinlilər bəraət almışdılar. Prokurorluq ötən ilin oktyabrında Anyellinin və klubun hesablarının həbsini tələb etsə də, bu tələb əsassız sayılmışdı.
Əvəzində İFF-nin FAM-ı bu il yanvarın 20-də prokurorluğun tələbi ilə razılaşaraq turinliləri maliyyə fırıldaqçılığına görə cəzalandırdı. 15 xalını itirən “Yuve” turnir cədvəlinin ortalarına yuvarlandı.

Xalların bərpası rəqiblərə sərf etmir
“Qoca sinyora” “ÇL zonası”na qayıdıb: Massimiliano Alleqrinin komandası indi 31 oyuna 59 xalla 3-cü yerdədi. A seriyasının şəksiz lideri “Napoli” əlçatmazdı, amma 2-ci yerdə olan “Latsio” turinlilərdən yalnız 2 xal çox toplayıb. 4-5-ci yerləri bölüşən “Milan” və “Roma” “Yuventus”dan 3 xal geri qalırlar. Deməli, xalların bərpası daha çox “İnter”ə sərf etmir: Simone İnzaqinin komandası onsuz da “ÇL zonası”nı çoxdan tərk etmişdi. İndi isə 4-cü yerdəki “Milan”dan 2 xal geri qalır. “İnter” üçün vəziyyəti qəlizləşdirən digər amil ÇL-ə ayrılan vəsiqələrə daha çox komandanın iddia etməsidi.
Alleqri martda komandasının düşdüyü vəziyyətdən belə gileylənmişdi: “ÇL-ə vəsiqə uğrunda yarış bizim üçün olduqca çətin vəzifədi. Faktiki olaraq 50 xal qazanmışıq. Hər necə olsa, mübarizəmizi davam etdirməliyik. -15 xalla ÇL-ə vəsiqəni təmin etmək skudettonu qazanmağa bərabərdi”.

Və Alleqrinin komandası indi ən nüfuzlu klub turnirində oynamağa çox yaxındı. Hərçənd “Yuve”nin son həftələrdəki nəticələri heç də ürəkaçan deyil. A seriyasında “Latsio” (1:2), “Sassuolo” (0:1) və “Napoli”yə qarşı keçirdyi hər üç oyunda uduzan “ağ-qaralar” ölkə kubokunun yarımfinalında “İnter”ə (1:1, 0:1) məğlub olublar. Onların üzünü yalnız Avropa Liqasında “Sportinq”i (1:0, 1:1) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxması ağ edə bilir. Alleqri hələ bir neçə ay əvvəl bu turnirin ÇL-ə vəsiqə qazanmaq baxımından vacib olduğunu vurğulamışdı. Görünür, daxili yarışlardakı son uğursuzluqların “sığorta”sı tapılıb. Amma...

UEFA “Yuventus”a sanksiya verə bilər
Bu da var ki, məlum məsələ ilə bağlı araşdırma aparan UEFA “Yuventus”a sanksiya verə bilər. “La Gazzetta dello Sport”un məlumatına görə, Turin prokurorluğundan bütün lazımi materialları alan qitə futbol qurumu kluba qarşı şəxsi tədqiqatını aparır. UEFA İtaliya məhkəməsinin yekun qərarını avqustun sonuna qədər gözləməyə hazırdı. Qərar həmin vaxta qədər verilməsə, beynəlxalq futbol təşkilatının müvafiq komissiyası öz versiyasını açıqlayacaq. “La Gazzetta dello Sport” bu halda “Yuventus”un avrokuboklarda çıxışına azı bir mövsümlük qadağa qoyula biləcəyini qeyd edir.

Arrivabene də günahsızdı?
Arrivabene günahsız olduğunu iddia edir. Klubun sabiq baş direktoru ikiillik cəzasına qarşı məhkəməyə şikayət edə bilər. “Tuttosport” qəzetinin yazdığına görə, o, bu vəzifədə 2021-ci il iyulun 1-də fəaliyyətə başlayıb. Başqa sözlə, maliyyə fırıldaqlarının qeydə alınmadığı dövrdə işləyib. Arrivabene təyinatından əvvəl direktorlar şurasının şikayətləri əsaslı sayılan üzvləri sırasında olub. Qəzet hətta istintaq materiallarında 66 yaşlı funksionerin saxta kapital təminatı ilə bağlı qanundankənar fəaliyyətdəki iştirakını sübut edəcək bir dəlilin belə olmadığını vurğulayır.

İndi onun vəkilləri qərarın əsaslandırılmış hissəsinin dərcini gözləyirlər. Onlar bundan sonra necə hərəkət edəcəklərini məhz bu sənədə əsasən müəyyən edəcəklər. Vəkillər Regional İnzibati Məhkəməyə şikayət edə bilərlər. Cəzanın ləğvi çətin məsələdi, amma Arrivabeneyə pul kompensasiyası ödənilə bilər.

Reaksiyalar
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Bizim üçün hesabımızda onsuz da 59 xal vardı. Mən bu fikri dəfələrlə dilə gətirmişəm. Futbolçularımız bu qədər xalı meydandakı əziyyətləri bahasına qazanıblar. Və həmin xallar indi cədvəldə görünür”.
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Əslində onlara xalları üç ay əvvəl geri qaytarmışdılar. Mən nə dediyimi yaxşı bilirəm. İtaliyada 4 gün deyil, 4 ildi işləyirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-03-2023, 17:0

“Yuventus” İFF-nin qərarından şikayət etdi

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

28-03-2022, 17:0

Alleqri: “Yuve” skudetto uğrunda yarışmır, bu həqiqətdi”

Dünya futbolu

5-02-2023, 17:0

“Yuventus” daha 20 xal itirə bilər

Dünya futbolu

29-12-2022, 18:0

“Yuventus”da 239 milyon avro itki

Aktual
“5 metrdən altı epizod qaçırırsansa, nələrisə dəyişmək lazımdı”
“AFFA-ya bununla bağlı şikayət etmişik” - “Şirvan” hakimin idarəçiliyindən yox, davranışından narazıdı
Sənan Qurbanovun Samir Abasovdan fərqi... - o, Emin Mahmudov tilsimini qırdı
Əziz tovuzlular, niyə azalmısız?
Marçinyak penaltini səhv verib, Medinanın həyatı ilə oynayıb!
Mahir bu gün də oynamayacaq?
Son xəbərlər
  • Dünən, 23:59
    Noyer 2-ci yerə yüksəldi
  • Dünən, 23:28
    8 isveçrəli azarkeş həbs olunub
  • Dünən, 22:57
    “Real”ın oyunçusu infeksiyaya yoluxub
  • Dünən, 22:26
    “Bavariya”dan daha bir rekord
  • Dünən, 21:55
    “Barselona”da ciddi itki
  • Dünən, 21:34
    Təcrübəli türkiyəli məşqçi 15 aydan sonra özünə klub tapdı
  • Dünən, 21:03
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 20:42
    1-ci liqanın son 10 mövsümünün ən məhsuldar futbolçuları
  • Dünən, 20:22
    "Bizə bu yolla problem yaratmağa çalışacaqlar" - Siyasət Əsgərov
  • Dünən, 19:51
    “Dinamo”da zəruri istefa
  • Dünən, 19:20
    MY kimlərdən imtina edəcək?
  • Dünən, 18:59
    "Neftçi" kubok oyununun hazırlığını başa vurdu
  • Dünən, 18:28
    Millimiz seçmə mərhələnin son oyununda da uduzdu
  • Dünən, 17:57
    “5 metrdən altı epizod qaçırırsansa, nələrisə dəyişmək lazımdı”
  • Dünən, 17:26
    Yayda karyerasını başa vuracaq
  • Dünən, 16:55
    Uzun müddətə sıradan çıxdı
  • Dünən, 16:24
    AFFA nümayəndələri beynəlxalq konfransda iştirak etdi
  • Dünən, 15:53
    Rafinyanın yerini kim tutacaq?
  • Dünən, 15:32
    İspaniya klubunda yeni müqavilə
  • Dünən, 15:01
    “AFFA-ya bununla bağlı şikayət etmişik” - “Şirvan” hakimin idarəçiliyindən yox, davranışından narazıdı
  • Dünən, 14:40
    İspaniyadan İngiltərəyə yollana bilər
  • Dünən, 14:19
    2025 Neymar üçün erkən bitdi
  • Dünən, 13:58
    “Lanus”un SK-da ikinci uğuru - İCMAL
  • Dünən, 13:37
    “Flamenqo” çempionluğa daha da yaxınlaşdı - İCMAL
  • Dünən, 13:16
    “River Pleyt” mübarizəni erkən dayandırdı - İCMAL
  • Dünən, 12:55
    “Real” onu geri qaytaracaq
  • Dünən, 12:24
    Zaqatalada “Məktəbli Kuboku”na start verildi
  • Dünən, 11:53
    “Heç kim məni dayandıra bilməz” - İrina Zaretska
  • Dünən, 11:34
    Elmar Baxşıyev qovulmağın astanasında... – Azər Bağırov üçün qisas anı!
  • Dünən, 11:10
    Santos premyer-liqada 100-cü oyununu keçirdi
  • Dünən, 10:57
    "Qarabağ"la 800-cü oyun - Qurban Qurbanov!
  • Dünən, 10:36
    Federasiya rəsmisi üçün beynəlxalq təyinat
  • Dünən, 10:23
    PSV Ozancanın komandasını darmadağın etdi
  • Dünən, 10:14
    Ramalinqom 20-yə Şamaxıda çatdı
  • Dünən, 09:55
    Millimiz Gürcüstanla üz-üzə - AÇ
Daha çox
Oxunub: 522
Neapollular “Qarabağ”ın qapısına təyin olunan penaltini səhv qərar saydı! – “Marçinyak təmiz idarəçiliklə yadda qalmadı”
Oxunub: 255
Samir Abasov Milli Qəhrəman imiş!
Oxunub: 178
Kadidən inanılmaz fədakarlıq – Qurban Qurbanov bu davranışı çox bəyənəcək!
Oxunub: 159
Samir Abasovun düşdüyü “quyu”
Oxunub: 155
“Ayaks”ı udduq, udduq, udmadıqsa...
Oxunub: 154
Yankoviç niyə “yandı”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə