İtaliyadan Belçikaya üz tutdu

28.08.2026 10:31 25
Dünya futbolu
Yann Zommer karyerasını Belçikada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, İsveçrə yığmasının qapıçısı “Brügge”yə keçib. O, yeni klubu ilə müddəti 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalayıb. 37 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Zommer son üç mövsümdə “İnter”də oynayıb. Təcrübəli qapıçı Milan klubu ilə iki dəfə A seriyasının, bir dəfə İtaliya kubokunun və bir dəfə İtaliya Superkubokunun qalibi olub.