“Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı

20.07.2026 12:31
Avrokuboklar
Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atlacaq.

"Football-plus.az" xəbər verir ki, artıq “Nefti” ilə “Zirə”nin potensial rəqibləri qruplara bölünüb. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16.00-da başlanacaq.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dinamo-Minsk" ilə qarşılaşacaq “Neftçi”nun mümkün rəqibləri:

“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya);

“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan);

“Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo);

AEK (Kipr) – “Beytar” (İsrail).

“Zirə”nin mümkün rəqibləri:

“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya);

“Santa-Koloma” (Andorra) – “Rapid” (Avstriya);

“Rakuv” (Polşa) – “Valletta” (Malta);

“Riyeka” (Xorvatiya) – “Derri Siti” (Şimali İrlandiya);

“Polessye” (Ukrayna) – “Kopenhagen” (Danimarka).

Avropa Liqasının 2-ci mərhələsinin “Qarabağ” - ÇSKA (Bolqarıstan) cütünün məğlubunun mümkün rəqibləri:

FKSB (Rumıniya) – “Auda” (Latviya) cütünün qalibi;

“Dinamo” (Tbilisi, Gürcüstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi;

“Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) duelinin məğlubu;

“Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu.