"Turan Tovuz" üçün yeni rəqib

20.07.2026 13:58 11
Ölkə futbolu
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz" yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Komanda 27 iyul tarixində Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.

"Turan Tovuz" bunadək İranın U-21 yığması ilə heç-heçə edib - 1:1.