"Sabah"ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya KuPS-una qarşı keçirəcəkləri oyun barədə danışıb.
"Football-plus.az" xəbər verir ki, o, rəqibin güclü komanda olduğunu bildirib:
"KuPS güclü komandadı. Bizi maraqlı iki oyun gözləyir. Bu qarşılaşmaları səbirsizliklə gözləyirik. Rəqibi analiz etmişik və ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Düşünürəm ki, bu komandaya qalib gəlmək üçün kifayət qədər gücümüz var. Buna inanıram".
Hücumçu meydandakı mövqeyi ilə bağlı da fikirlərini bölüşüb:
"Məşqçi məni harada oynatsa, hazıram. Amma hücumun mərkəzində özümü daha rahat hiss edirəm. Düşünürəm ki, bu mövqedə komandaya daha çox fayda verirəm. Burada ciddi rəqabət var və bu, xoşuma gəlir. Heyətdə yer almaq üçün daha çox qol vurmalıyam".
"Sabah" - KuPS oyunu sabah saat 20.00-da keçiriləcək.