“Yuventus” 2021/22 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.
Football-plus.az xəbər verir ki, İtaliya klubu 239,2 milyon avro zərərə uğrayıb.
Bu, A seriyası klubları arasında indiyədək qeydə alınan 2-ci ən böyük itkidi.
Qeyd edək ki, ötən ay prezident Andrea Aynelli başda olmaqla klubun direktorlar şurası tam heyətlə vəzifəsindən istefa verib. İtaliya prokurorluğu “Yuventus”da maliyyə pozuntuları ilə bağlı təhqiqat aparıb. Klubun 13 rəhbəri müxtəlif cəzalar almaq təhlükəsi ilə üzləşib.