"Sabah"ın potensial rəqibi müəyyənləşir

20.07.2026 11:13 8
Avrokuboklar
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz "Sabah"ın da potensial rəqibinin adına aydınlıq gələcək.

Mərasim Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

“Sabah” Finlandiya KuPS-u ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq. Bu cütün 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri iaşağıdakılardı:

"Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Tun" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"İberiya"(Gürcüstan) - "Slovan"(Slovakiya)
"Orxus" (Danimarka) - "Lex" (Polşa)
"Eqnatiya" (Albaniya) - "Selye" (Soveniya)
"Omoniya (Cənubi Kipr) - "Kayrat" (Qazaxıstan)