“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?

20.07.2026 14:06 83
Avrokuboklar / Aktual
“Sabah” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq. “Bayquşlar” evdə keçiriləcək ilk oyunda Finlandiya KuPS-unu sınağa çəkəcək.

Matç üçün satılan biletlərin sayı məlum olub. Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Həmkarımız indiyə qədər 4000 biletin sahibini tapdığını deyib.

Xatırladaq ki, satış prosesi davam edir. Azarkeşlər biletləri “iticket.az”dan əldə edə bilər. Qiymət 1-5 manatdı.

“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR