İngiltərədə iş yerini dəyişdi

20.07.2026 12:04 5
Dünya futbolu
“Brayton” “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu Xorvatiya yığmasının üzvü olan 19 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb. Müqaviləyə daha bir il uzadılma bəndi də daxil edilib.

Luka ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb və 6 qol vurub.