“Yuventus” İFF-nin qərarından şikayət etdi

2.03.2023 17:56 233
Dünya futbolu
“Yuventus” İtaliya Futbol Federasiyasının (İFF) qərarına rəsmən etiraz edib. Turin klubu İFF-nin sanksiyasından İtaliya Milli Olimpiya Komitəsinə (İMOK) şikayət edib.

"Football-plus.az" xəbər verir ki, komanda A seriyasında bu mövsüm qazandığı xalların 15-dən məhrum olunub. Bu cəza yanvarın 20-də klubun sabiq rəhbərliyin maliyyə fırıldaqlarına əl atmasına görə verilib. İMOK-un klubdan aldığı müraciət haqda məlumatında belə bildirilib:

“Yuventus” maliyyə qaydalarının pozulmasına görə İtaliya Futbol Federasiyası tərəfindən A seriyasında 15 xalının silinməsinə etiraz edib. Klub bu cəzanın ləğv olunmasını istəyib”.

Qeyd edək ki, “Yuventus” A seriyasında 24 oyuna 35 xalla 7-ci yerdədi. Silinən xalları nəzərə alsaq, komanda indi 50 xalla lider “Napoli”dən sonra 2-ci yeri tutacaqdı.