Bu yayın hələ ki, ən hay-küylü transferlərindən birinə ''Çelsi'' imza atmağa hazırlaşır. London nəhəngi ''Aston Villa'' və İngiltərə yığmasının üzvü Morqan Rocersə görə 117 milyon funt sterlinq, yəni 137 milyon avro ödəməyə razı olub.
İbrahimoviç məhz bu transferi gündəmə gətirərək bunları deyib:
''Bu cür bahalı keçidlərə dərhal son qoyulmalıdı. Hər oyunçunun dəyəri 100 milyon avro ola bilməz. Açığı, işlər artıq cığırından çıxmağa başlayır. Bir futbolçu bir yaxşı mövsüm keçirən kimi dəyəri 100 milyon avroya yüksəlir. Bu, qətiyyən düzgün deyil. Düzdü, Morqan Rocers yaxşı oyunçudu. Amma o, 117 milyon funt sterlinqə transfer olunursa, o zaman Lamin Yamal, Vinisius Junior və ya Maykl Olise hansı qiymətə transfer olunar? Məncə, buna artıq son qoyulmalıdı''.
Qeyd edək ki, Maykl Olisenin də 200 milyon avrodan baha qiymətə ''Bavariya''dan ''Real''a transferi gündəmdədi.






