"Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL

20.07.2026 14:13 26
Avrokuboklar
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi püşkatmada "Sabah"ın potensial rəqibinin adına aydınlıq gəlib.

2-ci mərhələnin "Sabah" - KuPS (Finlandiya) cütlüyü "səpələnməmişlər" səbətində yer alıb. Bu cütün qalibi üçüncü mərhələdə səpələnmişlər səbətindəki "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

"Sabah" - KuPS cütünün qalibi ilk oyunu səfərdə keçirəcək.

ÇL-də üçüncü mərhələnin ilk matçları 4/5 avqust, cavab görüşləri avqustun 11-nə təyin olunub.