Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, püşkün nəticəsinə əsasən, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo-Minsk" klubu ilə qarşılaşacaq “Neftçi” mərhələ adlayacağı halda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Zirə" isə Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdıracağı halda, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə görüşəcək.
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - SSKA (Bolqarıstan) cütünün məğlubu isə KL-də "Dinamo" (Kiyev, Ukrayna) - PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.