"Zirə” yeni futbolçu alıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komanda Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanılıb.
20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliyinin “Nova Star” klublarında çıxış edib.
Xatırladaq ki, "Zirə" Amin Seydiyev, Maykon Kleyton, Vierinya, Ayxan Hüseynov, Hüseynəli Quliyev və Kris Diqbeunu da transfer edib.