• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi”nin problemi baş məşqçi ilə bağlıdı, yoxsa Boeli ilə? - TƏHLİL

Dünya futbolu

7-04-2023, 23:0

Roman Abramoviçin “Çelsi”ni satmağa məcbur olmasından və klubun Todd Boelinin himayəsindən keçməsindən heç bir il ötməyib.

"Football-plus.az" xəbər verir ki, amerikalı biznesmenin yeni postdakı fəaliyyəti ilə bağlı ilk nəticələri bölüşməyin vaxtıdı, baxmayaraq ki, onun üçün sevindirici heç nə yoxdu. Abramoviçin “Çelsi”ni qəbul etdiyi 2003-cü ildə klub ortabablardan sayılırdı. Ancaq yəhudi əsilli rusiyalı oliqarx böyük həcmdə və səliqəli yatırım ilə londonluları premyer-liqada və Çempionlar Liqasında böyük qələbələrə daşıdı. Ən önəmli məqam odu ki, “Çelsi”ni adi bir ortababdan top-kluba çevirdi. Həmin vaxt elə ilk ildə müsbət dəyişikliklər hiss olundu. Hərçənd mübahisəli qərarlarsız ötüşmək mümkün deyildi. Məsələn, klubun Klaudio Ranyeri ilə necə arzuolunmaz şəkildə vidalaşmasını xatırlamaq mümkündü. Bəs indi nə görürük? Boeli “Çelsi”yə pul tökmür, ancaq sobada yandırır. Pulu da ağılla xərcləmək lazımdı. Boş-boşuna transferlərə 600 milyon avro xərcləyib, hər şeyin öz-özünə düzələcəyini düşünmək olmaz. “Çelsi”nin qərarlarında qaydasızlıq hökm sürür. Tomas Tuxel “zadəganlar”a ideal şəkildə uyğun gəlirdi, onları gözlənilmədən Çempionlar Liqasının qalibi etdi və bu komanda üçün yeni Joze Mourinyo ola bilərdi. Ancaq klub rəhbərliyi qəribə, qəfil və sona qədər aydınlaşmayan şərtlər daxilində alman mütəxəssislə vidalaşdı. Bəli, “Çelsi” mövsümə yaxşı başlamamışdı, ancaq vəziyyəti düzəltmək olardı. Ancaq Boeli belə hesab etdi ki, pul hər şeyi həll edir, odu ki, Qrehem Potterin məşqçi korpusuna görə “Brayton”a 20 milyon funtdan artıq ödədi. Britaniya mətbuatı Potteri əfsanə gözündə görürdü, onun İngiltərə yığmasının məşqçisi olacağını vurğulayırdı. Avropa futbolunun prinsiplərini yaxşı anlamayan amerikalı Boeli isə marketinqin və məsləhətçilərinin əsiri oldu. Bu məsələdə Potterin özünü suclamaq çətindi: ona həm status, həm də əməkhaqqı baxımından ciddi artım təklif olunurdu. Kim belə təklifdən imtina edər?! Bəs bu qərar nəyə gətirib çıxardı? Boeli “Çelsi”nin heyətini nəhəngləşdirdi. Dünyanın hər yerindən bəzən hətta anlaşılmaz transferlərə görə klub yarım milyarddından keçdi, ancaq nəticələr heç cür yaxşılaşmadı. Aydın məsələdi ki, bəzi oyunçuların transferini Potter istəmişdi və Boeli onun arzularını yerinə yetirməklə sağa-sola pul dağıdırdı. Ancaq effektiv menecer məgər belə işləyirmi? Bununla belə, hətta yanvarda da vəziyyəti düzəltmək olardı. Potterin “Çelsi”yə rəhbərlik etdiyi bütün 7 ay ərzində nəticələr və komandanın oyunu eyni dərəcədə qorxunc idi. Klub sahiblərinin səhvə yol verməsi mümkündü, ancaq bir halda ki pulun çoxdu, onda Potteri yanvarda qovmaq, yeni baş məşqçi təyin etmək və onun istəyinə uyğun transfer kampaniyası aparmaq olardı. Görünür, “Çelsi”nin Çempionlar Liqasının 1/8 finalında Dortmund “Borussiya”sını mübarizədən kənarlaşdırması Boelinin gözünə kül üfürdü və ona elə gəldi ki, hər şey yolunda gedir. Ancaq nə bu uğur, nə də premyer-liqada marta keçirilən ilk oyunlardakı münasib nəticələr (“Lids” və “Lester” üzərində qələbələr, “Everton”la heç-heçə) əslində heç nəyi dəyişmədi. “Çelsi” yenə də məzmunlu oyun göstərmirdi ki göstərmirdi. İstənilən müdrik menecer beynəlxalq oyunlar üçün yaranan fasilə ərəfəsində baş məşqçini dəyişərdi ki, onun əvəzedicisi komanda ilə tanışlıq üçün vaxt qazansın. Ancaq yox, Boeli aprelə qədər dözdü və yalnız “Çelsi” “Aston Villa”ya uduzandan sonra həlledici qərarı verdi. İş ondadı ki, komanda 3-cü turdan bəri ilk dəfə 10-cu pillədən də aşağı enib. Belə görünür ki, Boeliyə Potteri qovmaq üçün formal əsas – komandanın turnir cədvəlində ekvatordan da aşağı düşməsi – lazım imiş. Ancaq niyə məhz indi? Onsuz da londonlular premyer-liqada heç bir hədəf uğrunda mübarizə aparmır. Bəlkə elə mövsümün sonuna qədər ona şans vermək daha yaxşı olardı? Görünür, Boeli əmindi ki, məhz belə silkələnmə sayəsində Çempionlar Liqasında “Real”ı keçmək və hətta bu turniri qazanmaq olar. Bəlkə də o haqlı çıxacaq. Axı Abramoviçin vaxtında belə tryuk iki dəfə işə yarayıb. Ancaq rusiyalı biznesmenin ən impulsiv qərarlarında da məntiq və strategiya var idi, amerikalının hərəkətlərində isə bu görünmür. Çox güman, Boeli bu istefaya da çoxlu pul xərcləyəcək. İngiltərə mediası Potterin qovulmasının artıq ona 50 milyin funta başa gələcəyini xəbər verir. Yayda “Çelsi”ni daha bir transfer rekordu gözləyir, axı yeni baş məşqçinin istəyinə uyğun heyət formalaşdırmaq lazımdı. Bəlkə də Londona gerçəkdən möhtəşəm mütəxəssis – Zinəddin Zidan, Luis Enrike, Yulian Naqelsmann və ya Maurisio Poçettino gələcək. Ancaq problem baş məşqçi ilə bağlı deyil. Nə qədər ki Boeli boş-boşuna milyonlar xərcləyəcək, “Çelsi” top-klub səviyyəsinə qayıtmayacaq.

Maraqlıdı...
* Aprelin 2-də “Lester” Brendan Rocersi istefaya göndərdi. Şimali İrlandiyadan olan mütəxəssisin gedişi ilə cari mövsümdə istefaların sayı 11-ə çatdı və bu göstəricidə premyer-liqanın yeni rekordu müəyyənləşdi. Bir neçə saat sonra istefaya göndərilən Qrehem Potter isə rekordu yenilədi. İndiyə qədər ən pis halda 10 məşqçi mövsümün gedişində qovulmuşdu (2008/09, 2013/14, 2017/18, 2021/22 mövsümlərində).
* Yürgen Klopp “Liverpul”un 131 illik tarixində yalnız 21-ci məşqçidi. Müqayisə üçün deyək ki, “Çelsi” təkcə elə 90-cı illərin əvvəlində əsası qoyulan premyer-liqa dönəmində, yəni son 31-ci ildə 22-ci baş məşqçisini təyin etməyə hazırlaşır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-05-2022, 20:0

“Çelsi” satıldı

Dünya futbolu

30-05-2022, 12:0

“Çelsi”nin satışı bu gün rəsmiləşəcək

Dünya futbolu

10-03-2022, 23:0

Abramoviç inadından dönmür

Dünya futbolu

15-09-2022, 23:0

Tuxel Ançelottinin xələfi olacaq?

Dünya futbolu

29-05-2022, 13:0

''Çelsi'' ''Arsenal''ın gününə düşəcək

Dünya futbolu

1-05-2022, 21:0

“Çelsi” satılır

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
Daha çox
Oxunub: 331
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 113
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə