• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çempionluğun əldən çıxmasında Daumun bu qərarının da rolu oldu”

Dünya futbolu

4-04-2023, 22:0

Dünya futbolunda iz buraxmış oyunçulardan olan Nikolya Anelkanın, bilindiyi kimi, 2000-ci illərin ortalarında yolu Türkiyədən də keçib.

"Football-plus.az" xəbər verir ki, 2005-in yanvarında onun “Fənərbaxça”ya gəlişi böyük hay-küyə səbəb olmuşdu. Qardaş ölkədə keçirdiyi ilyarım ərzində Anelka bir çempionluq qazanmış və 57 rəsmi oyunda 16 qol vurmuşdu. Onun xüsusilə “Beşiktaş”a vurduğu qol yaddaqalan olmuşdu. Türkiyəli həmkarlarımız həftəsonu keçiriləcək “Fənərbaxça” – “Beşiktaş” derbisi ərəfəsində 44 yaşlı sabiq ulduzla söhbətləşməyə müvəffəq olublar.

- Necə oldu ki, “Fənərbaxça”ya gəlməyə razılıq verdin?
- Komandanın ciddi hədəfləri olduğu və ÇL-də irəliləmək istədiyi üçün diqqətimi cəlb etdi. Həm də Türkiyədə futbolun çox sevildiyini bilirdim və burda futbolun texniki tərəfinin çox güclü olduğunu düşünürdüm. Ona görə də tərəddüd etmədim. Həm də “Fənərbaxça” ilə çempionluq yaşamaq istəyirdim.

- İlk mövsümündə çempion olsan da, 2-ci mövsümün son matçında titulu əldən verdiz. “Dənizlispor”a qarşı həmin tarixi oyunda Kristof Daumun sənə yox, zədədən yeni qayıtmış Nobreyə üstünlük verməsi hamı üçün gözlənilməz olmuşdu.
- Bəli, o matçda Daumun start heyətində Nobreni oynatmasına mən də təəccüblənmişdim. Məncə, çempionluğun əldən çıxmasında bu qərar da müəyyən rol oynadı! Qarşılaşmadan bir gün öncə Fransa yığmasının heyəti açıqlanmışdı. Adım orda yox idi. Daum bunun mənə psixoloji cəhətdən pis təsir edə biləcəyini düşünübmüş. Hər halda, bu mənim fikrimdi. Çünki başqa cür bu qərarı izah etmək mümkün deyil. Sözsüz, Nobre yaxşı forvard idi. Amma zədədən yeni qayıtmışdı.

- Daumdan sonra qısa müddət də olsa, Ziko ilə də çalışdın. Bu məşqçilərlə anlaşa bilirdinmi?
- Hər iki məşqçi ilə çox yaxşı anlaşırdım. İkisi də ünsiyyətcil idi. Ziko ayrılmağımı qətiyyən istəmirdi. Amma mən artıq qərarımı vermişdim və İngiltərəyə qayıtmaq istəyirdim. Bunu “Fənər”də xoşbəxt olmadığım üçün yox, sadəcə, karyeram naminə etdim.

- Aleksi birlikdə oynadığın ən yaxşı “10 nömrə”lərdən biri saymaq olarmı?
- Alekslə meydanda çox yaxşı anlaşırdıq. Birlikdə oynadığım ən yaxşı “10 nömrə”di. Çox özəl bir oyunçu idi. Oyunu görmək qabiliyyəti, cərimə zərbələri çox özəl idi. Amma birlikdə oynadığım yaxşı futbolçular çox olub.

- Əziz Yıldırım necə başqan idi? Onunla bağlı hansısa xatirən varmı?
- Ünsiyyətimiz elə də çox olmadı. Bir qədər sərt xasiyyətli idi. Amma istər meydana, istərsə də meydandan kənara aid olan qərarlarda nə etdiyini çox yaxşı bilirdi. Xüsusilə də böyük oyunlardan öncə komandanın üzərindəki təzyiqi əla idarə edirdi. Futbolçularla necə davranmaq lazım olduğunu gözəl bilirdi. Qısası, “Fənərbaxça” üçün yaxşı prezident idi.

- “Beşiktaş”a qarşı oyunların uğurlu alınırdı. Derbinin tarixində sənin qolun ən gözəl qollardan biri sayılır.
- “Beşiktaş”a qarşı oyunlara xüsusi motivasiya ilə çıxmırdım. Amma derbilər, təbii ki, hər zaman çətin keçir. Əsas qələbə qazanmaqdı. Ümumiyyətlə, məğlub olmağı sevmirdim. Derbilərdə məğlub olmağı isə ikiqat sevməzdim. Bu matçların atmosferi çox xoşuma gəlirdi. 2005-də “Beşiktaş”a vurduğum qola gəlincə, əslində düşünmək üçün elə də çox vaxtım yox idi. Cərimə meydançasına sürətlə daxil olduğumdan orda heç bir komanda yoldaşım yox idi. O cür keçiddən sonra şansımı sınayaraq topu birbaşa qapıya vurmaq qərarına gəldim.

- “Fənərbaxça”nın heyətində sənin üçün ən unudulmaz oyunlar hansılardı?
- Çempionlar Liqasında PSV-yə qarşı əla futbol sərgiləyərək 3:0 hesabıyla qalib gəlmişdik. Bundan başqa, “Qalatasaray”ı 4:0 hesabı ilə yendiyimiz derbi də yaddaqalan idi. Mən 4-cü qolu vurmuşdum. Və təbii ki, “Beşiktaş”a qarşı həmin oyun.

- “Fənərbaxça”nın sabiq futbolçusu kimi komandanın hazırki durumu haqda nə düşünürsən?
- “Fənərbaxça”nı yaxından təqib edirəm. Çempionluq mübarizəsində bir qədər geri qalıblar və işləri çətin görünür. “Qalatasaray”ın büdrəməsinə ümid bəsləməlidilər. Bu həftə “Beşiktaş”la oyun çox önəmlidi. Çempionluq şansının davam etməsi üçün mütləq qalib gəlmək lazımdı. Amma istənilən halda nə olur-olsun, “Fənər” təslim olmamalı və mübarizəni sona qədər davam etdirməlidi.

- Fransa yığması son dönəmlərin ən uğurlu komandalarından biridi. Amma həmişə daxildə sanki problemlər var. Baş məşqçi və oyunçu seçimləri daim müzakirə olunur. Son mundialda xüsusilə Benzema ilə bağlı məsələ çox müzakirə olundu. Səncə, müsəlman olması onun başına gələnlərdə müəyyən rol oynayırmı?
- Fransa yığmasında həqiqətən də milliyyətcə başqa ölkələrdən olan oyunçular var. Yarı fransız, yarı başqa ölkələrdən olanlar da var. Bu əslində komandanı daha da güclü edir. Çünki səviyyəli oyunçular çoxdu. Benzema ilə bağlı hansı problemlərin olduğunu dəqiq deyə bilmərəm. Amma onun hazırda ən yaxşı “9 nömrə” olması dəqiqdi. DÇ-də yer almaması böyük bir şanssızlıqdı. Hərçənd komanda hətta onsuz da finala yüksəldi və az qala ikinci dəfə dünya çempionu olacaqdı. Mbappe hazırda birmənalı şəkildə dünyanın ən yaxşı oyunçusudu. İnanılmaz sürəti var və hər an qol vura bilər. O, meydanda olmayanda hətta PSJ-nin də işləri qaydasında getmir.

- Ramazan ayındayıq. Futbol oynadığın dönəmdə oyun günləri oruc tuturdunmu? Nə vaxtsa oruc tutduğuna görə baş məşqçidən xəbərdarlıq almısanmı. Sənə “oruc tutma” deyən olubmu?
- Oyun günü də daxil olmaqla həmişə oruc tuturdum! Belə fikir formalaşıb ki, oyun günü oruc tutmaq futbolçunu fiziki cəhətdən zəiflədir və hətta onun zədələnməsinə səbəb olur. Amma mən əksinə, oruc tutduğum gün özümü daha qüvvətli və gümrah hiss edirdim. Ramazan ayında da heç vaxt ciddi zədə almamışam. Digər məsələyə gəlincə, xeyr, məşqçilərim heç vaxt bu mövzuya qarışmayıb.

- Messi, yoxsa, Ronaldo?
- Mən Ronaldo tərəfdarıyam. Çünki oynadığı bütün liqalarda uğur qazanmağı bacarıb.

- Bir neçə il öncə “Netfliks”də sənin barəndə sənədli film çəkildi. O filmdə nə üçün Türkiyədəki karyerana çox az yer verildi?
- Çünki yayın haqqına malik olan şirkət bizdən böyük pullar tələb etdi! Biz özümüz də şoka düşdük. Ən azı bəzi oyunların görüntülərini, böyük oyunlarda vurduğum qolları vermək olardı. Çox üzüldüm. Mən də o filmdə Türkiyəyə aid bölümün daha böyük və rəngarəng olmasını istəyərdim. Çünki Türkiyəni və “Fənər”i sevirəm. Amma dediyim kimi yayın haqqını əlində saxlayan qurum çox pul istədi.

- Nə vaxtsa “Fənərbaxça”ya dönmək istərdinmi?
- Əlbəttə. Bir gün “Fənər”də işləmək istəyərəm. Yeri gəlmişkən, mən Çindən ayrılandan sonra “Fənər”ə qayıtmaq istəmişdim. O vaxt mənə “Fənərbaxça”nın prinsipial rəqiblərindən biri təklif irəli sürmüşdü. Amma “Fənərbaxça”ya olan sevgimə görə təklifi geri çevirmişdim.

- Arda Gülər və Fərdi Kadıoğlu haqda nə düşünürsən?
- İkisinə də özlərini daha yüksək səviyyədə sınamaları üçün Avropaya yollanmağı məsləhət görürəm. Düzdü, bəlkə də legioner həyatı yaşamaq onların planlarına daxil deyil. “Fənərbaxça”ya hörmətsizlik etmək istəmirəm. Amma onların Avropanın önəmli klublarına yollanması üçün yaxşı vaxtdı. “Fənər”ə sonra yenidən dönə bilərlər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-10-2022, 13:0

Tanınmış məşqçi xərçəng xəstəliyinə tutulub

Dünya futbolu

8-05-2022, 22:0

İstanbul derbisində qalıb müəyyənləşmədi

Dünya futbolu

3-04-2023, 11:0

"Beşiktaş" "Fənərbaxça"nı belə məğlub etdi - VİDEO

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

9-05-2022, 21:0

''Beşiktaş'' ev derbilərində məğlubedilməzdi

Aktual
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Son xəbərlər
  • Bu gün, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Bu gün, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 18:30
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Bu gün, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Bu gün, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Bu gün, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 96
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə