Savonun durumu bilindi - əməliyyat olunmayacaq

7.08.2026 22:16 55
Aktual / Ölkə futbolu
ÇSKA ilə səfər görüşündə sağ bud nahiyəsindən zədələnən Zakariya Savonun sağlıq durumu dəqiqləşib. Futbolçu daha öncə xəbər verdiyimiz kimi, təxminən iki ay müddətinə yaşıl meydandan uzaq qalacaq.

Onun son durumu, əməliyyat olunub-olunmayacağı ilə bağlı bilgini klubun mətbuat katibi Anar Həsənovdan aldıq:

“Zakaria əməliyyat olunmayacaq. Sadəcə, müalicə alacaq. O bərpa prosesini burda - Bakıda keçəcək”.

İSRAYIL XEYRULLAYEV