“İnter” Lautaro Martinesin transfer qiymətini artırıb.
"Football-plus.az" xəbər verir ki, Milan klubu DÇ-2026-da uğurlu çıxışından sonra argentinalı hücumçunu artıq ən azı 120 milyon avroya dəyərləndirir. Rəhbərlik bu məbləğdən aşağı təklifləri nəzərdən keçirməyi planlaşdırmır.
Lautaro komandanın əsas simalarından biri hesab olunur və rəhbərlik onunla asanlıqla yollarını ayırmaq niyyətində deyil. Buna görə də futbolçunu transfer etmək istəyən klublar yeni məbləği ödəməli olacaqlar.
Martines ötən mövsüm bütün turnirlərdə keçirdiyi 41 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə edib.